Putin Ukraynanın “Bayraktar”dan istifadə etməsindən DANIŞDI
13 noyabr 2021 14:37 (UTC +04:00)

Putin Ukraynanın “Bayraktar”dan istifadə etməsindən DANIŞDI

Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil.

Lent.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

“Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir. Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”, - Rusiya Prezidenti vurğulayıb.

V. Putin Ukraynanın Donbasda Türkiyə istehsalı pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti tərəfindən “Bayraktar”ın istifadə olunması Minsk razılaşmasını pozur: “Bu, pilotsuz aviasiyadır, lakin aviasiyadır. Hansı ki, Minsk razılaşması və ondan sonrakı razılaşmalarla münaqişə zonasında tətbiqi qadağan olunur. Ancaq buna heç kəs reaksiya vermir. Avropa bu barədə aydın bir şey söyləmir. ABŞ isə dəstəklədi. Ukraynanın rəsmi şəxsləri isə birbaşa deyirlər: tətbiq etmişik və bundan sonra da edəcəyik”.
 

# 3576
avatar

Aytəkin Cəlali

Oxşar yazılar