Putin məni 10 dəfədən çox  öldürməyə cəhd edib   – Zelenski
10 mart 2024 20:35 (UTC +04:00)

Putin məni 10 dəfədən çox öldürməyə cəhd edib – Zelenski

Ukrayna prezidenti müharibəl zamanı azı 10 sui-qəsd cəhdindən sağ çıxıb. Eyni zamanda Vladimir Zelenski qeyd edib ki, Ukrayna əsgərləri hər gün həyatlarını riskə atırlar. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti İtaliyanın “Rai” telekanalının “Cinque minuti” proqramına müsahibəsində bildirib.
Jurnalist xanım Zelenskiyə “Putin onu neçə dəfə öldürməyə çalışıb” sualını verib.

“10 dəfə deyirlər. Bu, kəşfiyyat və xüsusi xidmət orqanlarının məlumatlarıdır. Düzünü desəm, mən belə düşünmürəm. Mənə elə gəlir ki, Ukraynada hər gün cəbhədə canlarını təhlükəyə atan bütün insanlarımız, hərbçilər var. Dinc Odessada mülki insanlar da hər gün riskə gedirlər”, - Vladimir Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, o, hər bir ukraynalı ilə eyni vəziyyətdədir.

# 2955
avatar

Oxşar yazılar