Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı rəsmi AÇIQLAMA
19 iyul 2024 10:50 (UTC +04:00)

Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı rəsmi AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk".

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir.

"Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - açıqlamada deyilir..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar

Bayden tək deyil: ABŞ liderlərindən hansı prezidentlik yarışını  tərk edib?

Bayden tək deyil: ABŞ liderlərindən hansı prezidentlik yarışını tərk edib?

23 iyul 2024 , 14:37
Bayden ölüb?

Bayden ölüb?

23 iyul 2024 , 10:32
Soltan Məmmədov

Soltan Məmmədov yenidən namizəd oldu

23 iyul 2024 , 10:11
Keçmiş deputatın qızının adı YAP-ın siyahısından  çıxarıldı

Keçmiş deputatın qızının adı YAP-ın siyahısından çıxarıldı

22 iyul 2024 , 10:38
Baydenin əvəzinə gözlənilməz bir namizədin  hazırlandığı AÇIQLANDI

Baydenin əvəzinə gözlənilməz bir namizədin hazırlandığı AÇIQLANDI

21 iyul 2024 , 22:20
Hikmət Hacıyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Ermənistana dəvət göndərib

21 iyul 2024 , 19:24
Hikmət Hacıyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycanın Ermənistana yeni təklifi var

21 iyul 2024 , 11:20
Vüqar Bayramov

Vüqar Bayramov da namizəd oldu

18 iyul 2024 , 09:50