Ordumuz təlimlərə başladı: bu dəfə LAÇINDA
19 oktyabr 2021 10:18 (UTC +04:00)

Ordumuz təlimlərə başladı: bu dəfə LAÇINDA

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

# 2418
avatar

Mehman Nəbiyev

Oxşar yazılar