Kiyevə tank hücumu  başladı: Daha bir  Rusiya təyyarəsi  vuruldu
25 fevral 2022 10:56 (UTC +04:00)

Kiyevə tank hücumu başladı: Daha bir Rusiya təyyarəsi vuruldu

Kiyev üzərində Su-27 təyyarəsi vurulub. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib. 

Məlumata görə, təyyarə Sadovaya küçəsində yaşayış evlərinin birinin üzərinə düşüb. Binada yanğın baş verib. İtki yoxdur. 

Bu arada Ukraynanın daxili işlər naziri Anton Geraşonkonun dediyinə görə, Rusiya qoşunları gün ərzində Kiyevə tank hücumu hazırlayır:

“Kiyevin müdafiəçiləri hər bir hücumun qarşısını almağa hazırdır” – o, bildirib.

Qeyd edək ki,  Ukrayna ordusu hücumun qarşısını almaq üçün Teterov çayı üzərindəki körpünü partladıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Sevinc Fərid

Oxşar yazılar