İstanbulda Rusiya-Ukrayna  danışıqlarının   baş tutmamasının səbəbi AÇIQLANDI
22 sentyabr 2024 14:54 (UTC +04:00)

İstanbulda Rusiya-Ukrayna danışıqlarının baş tutmamasının səbəbi AÇIQLANDI

Almaniyanın keçmiş kansleri Qerhard Şröder Rusiya və Ukrayna arasında sülh danışıqlarının İstanbulda baş tutmamasının səbəbini açıqlayıb. O, tədbirdə tərəflərdən birinin imtina etməsindən danışıb.

Lent.az bildirir ki, bu barədə “Welt” xəbər verir.

Şröder qeyd edib ki, danışıqların ilkin olaraq 2022-ci ildə İsveçrə və Birləşmiş Ərəb Əmirliklərində aparılması planlaşdırılıb. Lakin sonda tərəflər Türkiyəni seçib. Keçmiş kansler o vaxt sülhün yaxın olduğunu vurğulasa da, bəzi KİV-lər bunun əksini yazıb.

Şröderin kompromis planına görə, Ukrayna Donbası saxlamalı, Krım isə Rusiyanın anklavına çevrilməli idi. Eyni zamanda, Ukrayna NATO-ya daxil ola bilməzdi. 

Şröderin qeyd etdiyi kimi, danışıqlardan imtina edən Kiyev hakimiyyəti olub. Onun sözlərinə görə, Vladimir Zelenski hökuməti arxasında “daha nüfuzlu dairələr” dayandığı üçün sərbəst qərarlar qəbul edə bilmirdi. Onlar hesab edirdilər ki, döyüşlərin davam etməsi Rusiyanı zəiflədəcək, ona görə də sülhün əldə olunmasına imkan verə bilməzdilər.

İndi Almaniyanın keçmiş kansleri danışıqların aparılması imkanını ABŞ prezidenti Donald Trampın seçilməsi ilə əlaqələndirir. Şröder əmindir ki, Rusiya və Ukrayna arasında hərbi münaqişədən əziyyət çəkən Avropa ona biganə deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar