İlham Əliyev Özbəkistana gedib
22 avqust 2024 15:28 (UTC +04:00)

İlham Əliyev Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gəlib.

Lent.az bildirir ki, bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Oxşar yazılar