İlham Əliyev Astanada Putinlə görüşəcək
12 oktyabr 2022 19:54 (UTC +04:00)

İlham Əliyev Astanada Putinlə görüşəcək

MDB dövlət başçılarının sammitində və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda iştirak etmək üçün Astanaya gələcək Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Lent.az “RİA Novosti”yə istinadfla bildirir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"Azərbaycan prezidenti Əliyevlə görüş planlaşdırılır", - o, jurnalistlərə deyib.

Uşakov qeyd edib ki, liderlər sonuncu dəfə oktyabrın 7-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı görüşüblər, lakin Astanada daha ətraflı görüşün keçirilməsi barədə razılığa gəliblər. 

Onun sözlərinə görə, ölkələr arasında əlaqələr konstruktiv şəkildə inkişaf edir. Kreml nümayəndəsi əlavə edib ki, danışıqlarda təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq. O vurğulayıb ki, Rusiya “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına fəal və hər cür töhfə verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar