Füzulidə 30 ildən sonra seçki keçirilir, yüksək seçici fəallığı var -  VİDEO
07 fevral 2024 13:45 (UTC +04:00)

Füzulidə 30 ildən sonra seçki keçirilir, yüksək seçici fəallığı var - VİDEO

İşğaldan azad olunmuş Füzuli şəhərində Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar 30 ildən sonra səsvermə keçirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, Füzuli şəhərində yaradılmış seçki məntəqəsinin açılması ilə yüksək seçici fəallığı müşahidə olunur.

84 Saylı Füzuli Seçki Dairəsinin sədri Ramiz Teymurov bildirib ki, növbədənkənar prezident seçkisinin keçirilməsində sakinlər və bu ərazidə çalışan işçilər yüksək əhval ruhiyə ilə iştirak edir: “İşğaldan azad olunan Füzuli şəhərində səsvermə prosesi 3 seçki məntəqəsində gerçəkləşir. 84 Saylı Füzuli Seçki Dairəsi üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54 457 nəfər seçici var. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75 Saylı Seçki Məntəqəsi, 76 Saylı Seçki məntəqəsi və 77 Saylı Seçki məntəqəsində qeydiyyatdadır. 77 Saylı Seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinləridir. 75 Saylı Seçki məntəqəsində 1351 nəfər, 76 Saylı Seçki Məntəqəsində 976 nəfər qeydiyyata alınan seçici isə işğaldan azad olunan ərazilərdə çalışanlardır. Dairə üzrə seçki prosesini izləyəcək 1020 nəfər müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək”.

Ramiz Teymurov əlavə edib ki, məntəqələrə gələn seçicilərin şəffaf şəkildə səsvermə hüququndan istifadə edə bilməsi üçün lazımi şərait yaradılıb.

İşğaldan azad olunmuş Füzulidə 30 ildən sonra seçki keçirilir, yüksək seçici fəallığı var - FOTO  - VİDEO

# 2424
avatar

Arzu Qurbanlı

Oxşar yazılar