Prezident İlham Əliyevin bir gün öncəki çıxışı Azərbaycan maraqlarının bütün dünyaya çatdırılması baxımından hər birimiz üçün bir yol xəritəsidir.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu çıxışdan sonra ayrı-ayrı dövlətlər Azərbaycana qarşı öz məkrli siyasətlərini həyata keçirməyə başlayacaqlar: “Prezident Azərbaycanın regionda yox, bütövlükdə dünyada müstəqil siyasət apardığını ictimaiyyətə çatdırdı. Bundan sonra bəzi xarici səfirlər diplomatik fəaliyyətlə yox, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar. Hesab edirəm ki, bunlara qarşı XİN tərəfindən lazımi addımlar atılır və daha da kəskin atılacaq. Fransa səfiri özünü səfir kimi yox, Hüqonun təbirincə desək, səfil kimi aparmağa başlayıb.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, nazirlik heç vaxt olmadığı kimi sərt cavab verir və düz də edir.