Erməni sosial şəbəkələrində Bakıda seçki məntəqələrində internetin kəsildiyi barədə əsassız xəbərlər yayılıb
07 fevral 2024 17:12 (UTC +04:00)

Erməni sosial şəbəkələrində Bakıda seçki məntəqələrində internetin kəsildiyi barədə əsassız xəbərlər yayılıb

Erməni dilli seqmentə aid bəzi sosial şəbəkələrdə guya Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüzlüyü barədə məlumatlar yayılıb.

Lent.az-ın apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, bu kimi cəfəng informasiyaların heç bir əsası yoxdur.

Belə məlumatların paylaşılması Azərbaycanda demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərinə kölgə salmaq məqsədi güdür və bəzi dairələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsi kimi dəyərləndirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu gün məlumat yayaraq, internet xidmətinin təminatı istiqamətində heç bir çətinlik müşahidə olunmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar