Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, "aksiya" zamanı Səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.
Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:
“Fransadakı fanatik ermənilər Azərbaycanın Fransadakı səfirliyinin binasına hücum ediblər. Qoy barbar ermənilər Emanuel Makronun tərəfində qalsınlar. Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”.