Durov niyə Parisə uçub,  tutulduqdan sonra kimə zəng edib? - Gözlənilməz detallar
09 sentyabr 2024 10:14 (UTC +04:00)

Durov niyə Parisə uçub, tutulduqdan sonra kimə zəng edib? - Gözlənilməz detallar

“Telegram”ın qurucusu prezident Makronla şam yeməyi üçün Fransaya uçduğunu bildirib.

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri “Telegram”ın yaradıcısı Pavel Durova Fransada saxlanıldıqdan sonra diplomatik dəstək təklif ediblər. Lakin milyarder bu təkliflərdən imtina edib.

Lent.az bildirir ki, bu barədə “Politico” adı açıqlanmayan fransız rəsmiyə istinadən xəbər verir.

"Durov Rusiyadan konsulluq yardımı üçün müraciət etməyib və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələrinin səfərini rədd edib, baxmayaraq ki, o, BƏƏ səfirliyinin onun işindən xəbərdar olması ilə razılaşıb", - mənbə bildirib.

BƏƏ diplomatik xidmətinin nümayəndəsi həm Fransa hakimiyyəti, həm də Durovun komandası ilə əlaqələrin olduğunu təsdiqləyib. Öz növbəsində, Rusiyanın Fransadakı səfirliyi xəbər yayıldığı zamanı şərh verməyib.

Nəşrin məlumatına görə, həbs olunarkən Pavel Durov Fransa prezidenti Emmanuel Makronla görüş üçün gəldiyini iddia edib. Lakin Fransa tərəfi bu bəyanatları təkzib edib.

Həbs edildikdən sonra Durov məşhur fransız milyarderi, “Le Monde” qəzetinin həmtəsisçisi Ksavye Nel ilə əlaqə saxlamaq üçün zəng etmək hüququndan istifadə edib. Onların söhbətinin məzmunu məlum deyil. Paris elitasının çevrəsində, Fransa Maliyyə Nazirliyinin keçmiş rəsmisinin sözlərinə görə, Durovun demək olar ki, heç bir nüfuzlu dostu yoxdur. “Sanki o, bu dairələrdə yad adamdır”, - keçmiş məmur qeyd edib.

“Politico”nun yazdığına görə, Durova qarşı iş gizli əməliyyatla bağlıdır. Saxta “Telegram agenti, yetkinlik yaşına çatmayanları ona nalayiq fotolar göndərməyə inandırmaqdan danışan və eyni zamanda zorladığını etiraf edən seksual cinayətkarla əlaqə saxlayıb.

İstintaq “Telegram”dan şübhəlinin şəxsiyyətini bildirməyi xahiş edib, lakin platforma məlumatı açıqlamaqdan imtina edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar