Ceyhun Bayramov "Napoli" - "Qarabağ" oyununu stadiondan izlədi
26 noyabr 2025 05:39 (UTC +04:00)

Ceyhun Bayramov "Napoli" - "Qarabağ" oyununu stadiondan izlədi

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar