Bizə çörək satılmırdı - Xankəndi sakini
11 aprel 2025 16:16 (UTC +04:00)

Bizə çörək satılmırdı - Xankəndi sakini

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.

Lent.az xəbər verir ki, Xankəndi şəhərində yaşamış Z.Abbasova “Miyatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini bildirərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı. Həmin vaxt dəmir yolu idarəsində işləyirdim. Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar