ABŞ-ın 80 yaşlı prezidenti Co Baydenin daha bir qəribə davranışı məlum olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, Ağ evin mətbuat fondundan olan jurnalistlərə istinadən verilən xəbərə görə, siyasətçi seçki kampaniyası üçün vəsaitin toplanması tədbiri zamanı yöndəmsiz vəziyyətə düşüb.
San-Fransisko yaxınlığındakı şəxsi iqamətgahda donorlarla görüşdə Bayden "evə getmək istəmədiyi üçün həyətin ortasındakı böyük ağaca dırmaşmaq istədiyini" zarafat edib. Amerika liderindən bu sözləri eşidən jurnalist qeyd edir ki, Baydenin həqiqətən zarafat etdiyinə əmin deyil.