"Azərbaycanlıların ana dili İranda heç zaman tanınmayıb"  - Sayman Aruz Lent.az-a danışır
17 oktyabr 2022 16:25 (UTC +04:00)

"Azərbaycanlıların ana dili İranda heç zaman tanınmayıb" - Sayman Aruz Lent.az-a danışır

“Cənubi Azərbaycanda ana dili məsələsi həmişə cənublular üçün əsas problem olub. Son yüz ildə demək olar ki, bu məsələlərlə bağlı xalqımızın çalışmaları heç bir nəticəyə varmayıb. Müxtəlif dönəmlərdə fərqli təzyiq nəticəsində xalqımız istədiyinə nail ola bilməyib”.

Bunu Lent.az-a Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz bildirib.

Sayman bəyin dediyinə görə, Azərbaycanda dilində təhsil İranda heç vaxt qanuniləşməyib. Nə orta, nə də ali müəssisələrdə ana dilindən təhsil olmayıb. Baxmayaraq ki, İranda 85 milyon əhalinin 52 milyon 700 mini etnik türklərdir. Onların 45 milyonu təmiz azərbaycanlıdır.

- Təəssüflər olsun ki, onların ana dili İranda heç bir zaman rəsmən tanınmadı. İndi də vəziyyət olduqca acınacaqlıdır. Yenə də təhsil yoxdur. Milli fəallarımız müxtəlif bəhanələrlə həbs olunur, işgəncə görür, təzyiq altındadırlar. İran dövləti onlara deyərdim ki, göz açmağa imkan vermir. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbiyyatı və bu kimi sahələrdə məşğul olan soydaşlarımız böyük bir zindanda yaşayır sanki. Heç bir azadlıqları yoxdur, heç bir fəaliyyətlərinə icazə yoxdur. Amma İranda yaşayan 200 minə yaxın erməninin öz ana dilində təhsil alma imkanları var. Həm orta məktəbdə, həm ali məktəbdə. Təsəvvür edin ki, İran dövlətinin erməni sevgisi nə qədər güclüdür. Azərbaycan torpaqlarının bir hissəsində yaranan İran dövləti bizim öz xalqımızı öz torpaqlarımızda əsir kimi saxlayır. Bunun müqabilində İslam dövləti İran azsaylı erməniləri, özü də müsəlman olmayan erməniləri dəstəkləyir. Onları bir növ azərbaycanlıların əleyhinə onları hazırlayır.

- İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması az qala hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və dərhal da sərt addımlar atılır...

 - Əlbəttə, İranda azərbaycanlılara aid hər hansı ədəbi, mədəni, ictimai-siyasi, iqtisadi təşkilat bizim bildiyimiz və düşündüyümüz təşkilat formasında yaranmasına rəsmi Tehran həmişə mane olub. Ya təşkilat qurulandan sonra dağıdıb, ya da təşkilatın daxilinə öz adamlarını sızdırıb sonra da öz xeyrinə istifadə edib. Ümumiyyətlə, Azərbaycanla bağlı hansısa bir addımın atılmasına İran dövləti hər zaman mane olub. Hakim olan mədəniyyətin kökü də sırf Azərbaycan mədəniyyətidir. Ona görə də bu güclənmənin təbii olaraq xalqın milli-mənəvi, ruhani oyanışına səbəb olacağını bilirlər. Bu da birmənalı olaraq İran dövlətinin dağıdılması deməkdir. Hətta deyərdim ki, İran dövləti öz varlığını bir növ azərbaycanlılara borcludur. İran-İraq müharibəsində kimlər idi İran dövlətinin xeyrinə vuruşub İraqa qalib gələnlər? Azərbaycanlılar idi. Mehdi Bakiri kimi qəhrəmanlar Azərbaycan övladları idilər. Ona görə də bu, birmənalı olaraq belədir: İran dövlətinin Azərbaycana və türk dünyasına nifrəti bu günə, dünənə aid deyil, çox köklü, tarixi əsasları var.

- Urmiya gölündə baş verən ekoloji fəlakətin də azərbaycanlılara münasibətlə əlaqəli olmasına dair fikrilər var. Bu barədə düşüncələriniz nədir?      

- Urmiyada yaşanan fəlakət təbii ola bilməz. Çünki Urmiya gölünə tökülən çayların qarşısına 150-ə yaxın sədd vurulub və bu Urmiya gölünün quruması üçün böyük bir faktordur. O sədlər niyə vurulub? Təsəvvür edirsiniz, bir Acıçayın üstündə 20-dən çox sədd qoyulub. Bir çayın üzərində özü də. Ümumiyyətlə, Urmiya gölünə tökülən çayların hamısının qarşısı alınıb. Necə təbii fəlakət sayıla bilər? Urmiya gölünün qurudulması birmənalı olaraq planlı şəkildə baş verib. Məqsəd azərbaycanlıları gölün ətrafından köçürmək və Suriyadan, İraqdan etnik xalqları Türkiyə və Zəngəzurun aşağısına, yəni Urmiyanın yuxarı tərəfinə yerləşdirməkdir. Beləliklə, Cənubi Azərbaycanla Şimali Azərbaycan, Cənubi Azərbaycanla Türkiyə arasında böyük etnik divar çəkmək, digər etniklərin köməkliyi ilə xalqı oradan köçürməkdir. Həmçinin, məlumdur ki, Urmiyada təbii, iki bahalı mədən var. Biri litium (dəmir) mədənidir, İran dövləti Urmiya gölünü qurudandan sonra həmin mədəni istifadə etməyi planlaşdırır. Biri də dəqiq mənbələrə əsasən, uran mədənidir. Yəni, Urmiya gölünün torpaqlarında uran da var. Ona görə də Urmiya gölünün quruması təbii proses deyil. İran dövləti Azərbaycan gücləndikcə, onun qarşısında problemlər yaratmaq üçün müəyyən  addımlar atacaqdı. Elə biri Urmiya gölünün qurudulmasıdır. Urmiya gölünün ətrafında 14 milyon azərbaycanlı yaşayır. Mən o gölün ətrafında, Sulduzda böyümüşəm. Urmiya gölünün xalqımıza əhəmiyyətini çox gözəl bilirəm, agaham. Onu da qeyd edim ki, çox qəribədir, Urmiya gölünə tökülən çayların hamısının qarşısı Azərbaycanda deyil,

Azərbaycandan kənarda alınır. Yəni, bu gün hətta, vurulan sədlərin faydası belə, azərbaycanlılara gəlmir. O fayda bir mənalı olaraq PKK və PEJAK terrorçu qruplaşmalarına gedir. Vurulan sədlərin arxasında yaranan təbii və süni göllər də Azərbaycanın düşmənləri üçün xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5361
avatar

Səbuhi Sədəf

Oxşar yazılar