Vüsalə Hüseynli
22 fevral 2022 18:35 (UTC +04:00)

Vüsalə Hüseynli

“Azərbaycan Rusiya ilə bərabər hüquqlu dövlət kimi müttəfiq olur” - Vüsalə Hüseynli

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri çərçivəsində  imzalanması nəzərdə tutulan sənəd rəsmi Bakı ilə Kreml münasibətlərinin yeni mərhələnin başlanmasından xəbər verir. 

Lent.az xəbər verir ki, QHT rəhbəri Vüsalə Hüseynlinin sözlərinə görə, Türkiyənin ardınca rəsmi Bakının region dövləti olan Rusiya ilə belə bir sənədə imza atması, ölkəmizin işğaldan azad  edilmiş ərazilərinin suveren hüquqlarının rəsmi Moskva tərəfindən tanınmasının rəsmiləşdirilməsini, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh prosesinin də daha sürətlə yekunlaşdırılmasına təkan verəcək:

“Bölgədə sülh prosesinin davamlılığının təmini isə Ermənistanla sərhəd boyunca  delimitasiyası və daha sonra demarkasiyası prosesini sürətləndirəcək. 

İkinci bir məqam isə,  Rusiya Azərbaycan münasibətlərinin inkişaf mərhələsidir ki,  bu münasibətlər Yeltsin dönəmindən fərqli olaraq Putin dönəmində müsbət çalarlarla yadda qalıb. Çox uzaq olmayan tarixə nəzər salsaq Putinin hakimiyyətinin ilk illərində artıq yaxınlaşma müşahidə olunurdu.  2001-ci ilin yanvarın 9 da  Azərbaycana səfəri bu yaxınlaşmanın kuliminasiya nöqtəsinə çevrildi. O vaxt Putin Azərbaycanın xeyrinə Ermənistanın narahatçılığına səbəb olmuş bir sıra bəyanatlar verdi. Məsələn, Dağlıq Qarabağda daxil olmaq şərti ilə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Xəzərin statusu ilə bağlı mövqelərin üst-üstə düşdüyünü bir daha təsdiqlədi və birgə bəyannamə imzaladı. Rusiyada azərbaycanlıların, Azərbaycanda isə rusiyalıların statusunu unutmadı. Məhz Putin hakimiyyətində rəsmi Bakı Qəbələ RLS-in ləğvinə nail oldu.

Qısacası, Azərbaycan Rusiya münasibətlərində yeni dönəm başlayır. Məhz İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bu  gün Ermənistandan fərqli olaraq hər hansısa bir təşkilatda üzvlüklə Rusiya ilə müttəfiq olmur. Əksinə Azərbaycan bu gün nüvə ölkəsi olan rəsmi Kreml ilə bərabər hüquqlu ölkələr kimi müttəfiqlik sənədinə imza atır. Eyni zamanda iki böyük region ölkələri Türkiyə, Rusiya, Azərbaycan üçlüyündə  müttəfiq kimi təmsil olunur. Bu təbii ki, Azərbaycan dövlətinin, onun ali rəhbərinin uğurudur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar