Azərbaycan Pakistana hərbi hücumları pislədi - BƏYANAT
07 may 2025 10:51 (UTC +04:00)

Azərbaycan Pakistana hərbi hücumları pislədi - BƏYANAT

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında bildirilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar