Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı səfiri
17 mart 2021 12:52 (UTC +04:00)

Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı səfiri

“Azərbaycan əsgəri özgəsinin torpağına ayaq basmayıb” – Polad Bülbüloğlu

“Azərbaycan əsgəri özgəsinin torpağına ayaq basmayıb” – bunu Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib: “Bizim üçün bu müharibə Vətən müharibəsidir, çünki biz öz torpaqlarımız işğalçıdan azad etdik. İndi böyük arzumuz tezliklə öz yurdlarımıza qayıdıb, oraları bərpa etməkdir. Ermənilər isə bizim yurdumuza minaları, sözün əsil mənasında, səpib”.

Səfir 44 günlük müharibənin şəxsi həyatın aid olan tərəfindən də bəhs edib: “Atam, SSRİ-nin xalq artisti Bülbül Şuşada doğulub, böyüyüb. Sonradan Gəncədə, Bakıda, İtaliyada yaşayıb, amma Şuşada tez-tez olub və çox sevib yurdunu. Mən də onunla Şuşaya çox gedərdim. Mədəniyyət naziri olanda “Xarı Bülbül” musiqi festivalı təşkil edib Şuşada. 1980-ci ildə Bülbülün evi onun ev-muzeyi oldu. 30 illik erməni işğalı vaxtı muzey dağıdılıb, qarşısındakı heykəli qırıb, dağıdıblar. İşğal olunan ərazilərdəki 67 məsciddən yalnız 3-ü qalıb. Görün, Ağdamı nə günə qoyublar ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar”.

Müxbirin “Demisiniz ki, Qarabağ müharibəsindən danışanda onun xronologiyasına diqqət yetirmək lazımdır, bu nə deməkdir?” – sualına cavabında Polad Bülbüloğlu bildirib ki, bəzən Xocalı qətliamını Sumqayıt hadisələrinin cavabı sayırlar, amma bu, qətiyyən belə deyil: “Qarabağda ilk qan hələ Sumqayıt hadisələrindən xeyli əvvəl axıdılmışdı. 1983-cü ilin 24 aprelində erməni millətçiləri guya “erməni soyqırımı”nın qisası məqsədi ilə Zəngibasarın Uluxanlı qəsəbəsində Qafarovların toy mərasiminə hücum edib, dörd nəfəri qətlə yetirib, onlarla azərbaycanlını yaralamışdılar.

80-ci illərdə etnik zəmində 200 min azərbaycanlı Ermənistandan qovuldu, çox ağır şəraitdə Azərbaycana gəlib çıxdılar. Bu adamlar Sumqayıtda məskunlaşdırıldılar.

1988-ci ilin fevralın 22-də Əsgəranda iki azərbaycanlı gənci ermənilər öldürdülər. Bu hadisə Azərbaycanda böyük ictimai etiraza səbəb oldu. Fevralın 27-28-də Sumqayıt hadisələri baş verdi. Sonradan istintaq materiallarından da bəlli olduğu kimi, bu da ermənilərin böyük planlarının tərkib hissəsi imiş.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar