Polşanın Lask hava bazasına F-15 qırıcı təyyarələri gətirilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Polşa milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
Onun dediyinə görə, Amerika hərbi təyyarələri NATO-nun şərq cəbhəsində mövqeləri gücləndirəcək. NATO-nun bu təyyarələri 7/24 rejimində Alyansın şərq sərhədlərinə nəzarət edəcək.
Qeyd edək ki, dünən isə amerikalı desantlarla dolu 6 təyyarə Polşaya enib və Ukrayna ilə sərhədin 90 kilometrliyində yerləşdirilib.