Kağız qətnamələr, döyüşdə və diplomatiyada uğur və... Referendum olmayacaq!
23 oktyabr 2020 18:54 (UTC +04:00)

Kağız qətnamələr, döyüşdə və diplomatiyada uğur və... Referendum olmayacaq!

“Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var”.

Prezident İlham Əliyevin bu fikirləri Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsindəndi. Kifayət qədər məzmunlu bu müsahibə əslində dünya ictimaiyyətinə bir mesaj idi. Dövləitimizin başçısı  atəşkəsin uğursuz olmasının səbəbkarını net şəkildə göstərdi: Ermənistan və onun rəhbərliyi. Bir həqiqət də bir daha təsdiqləndi: Əvvəlki status-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına nail olmalıdır. İndi müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Və nəhayət o da bəlli oldu ki, Azərbaycanın Ermənistana verə biləcəyi ən yaxşı şans tez bir zamanda təcili şəkildə erməni silahlılarının torpaqlarımızı tərk etməsidir. 

Qəhrəman Azərbaycan əsgəri onsuz da bu müqəddəs missiyanı uğurla həyata keiçrərək düşməni ərazilərimizdən məğlub halda tərk etməyə məcbur edib. Artıq sentyabrın 2-7-dən başlayan Vətən müharibəsinin qələbəylə yekunlaşacağına heç bir şübhə yoxdur. Bu isə o deməkdir ki, indiki halda Ermənistan rəhbərliyi xüsusilə daha məntiqli və məsuliyyətli davranaraq işğal edilmiş əraziləri boşaltmalıdır. Əks təqdirdə, bunu Azərbaycan Ordusu özü etməkdə davam edəcək. Və o zaman, Dağlıq Qarabağdakı ermənilərin və Ermənistanın Azərbaycandan heç nə istəyə bilməyəcək. Əslində rəsmi Bakı da qəbul etməyəcək, ona ünvanlanan bütün təkliflər məntiqə uyğun rədd olunacaq. Azərbaycan təkcə cəbhədə yox, diplomatik səviyyədə də Ermənistanı oyundan kənar vəziyyətə saldı. 

Təsəvvür edin, dünya, planetin iki fövqəl dövləti ABŞ və Rusiya tərəfindən Azərbaycanın mövqeyi ilə üst-üstə düşən bəyanatların verməsinə şahidi oldu. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bildirdi ki, münaqişə Azərbaycanın suverenliyi çərçivəsində həll olunmalıdır və ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər”. 

Yeri gəlmişkən, Paşinyan tərəfindən Brüsselə göndərilən Armen Sarkisyan görüş zamanı Ermənistan siyasi hakimiyyətinin xəyanətkar mövqeyini də ortaya qoyub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözlədiyi dəstəyi və yardımı ala bilməyən Paşinyan guya müharibədən sonra Ermənistanın xarici siyasətdə NATO-ya yaxınlaşacağına vəd verməklə alyansa az qala yalvarıb. Bununla da Paşinyan növbəti dəfə Rusiyaya xəyanət etmiş olub.

Ekspertlərin fikrincə,  NATO-nun baş katibinin Sarkisyanı əliboş yola salması onu deməyə əsas verir ki, Paşinyanı bu dəfə nə Rusiya, nə də son ümid kimi ətəyindən yapışdığı Qərb xilas edəcək. 

Dünən isə Rusiya prezidenti Vladimir Putin də “Valday” forumunda sualları cavablandırarkən ərazi bütövlüyü məsələsinin vacibliyinə toxunub: “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz”. 

Burda bir məqama da diqqət yetirək. ATƏT-in  Minsk qrupu təxminən 30 il ərzində heç bir nəticə əldə etmədi. Axı Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və səsverməsi ilə TŞ Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Və nəhayət 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı iclası keçirilib. Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Amma yenə köhnə fikirlər; atəşkəsə nail olunması, danışıqların aparılması və sairə. Bir daha göründü ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ədalətli, bitərəf deyillər, açıq-aşkar işğalçının tərəfini tuturlar. Xatırladaq ki, BMT TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmişdi. BMT TŞ qətnamələrində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer alıb. Bəs BMT qətnamələri nəyə görə 27 ildir, kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur? Xalq həmsədrlərdən, onların ikili standartlarından artıq bezib. BMT TŞ tamamilə lazımsız bir quruma çevrilib. İndi onların eləməli olduqlarını ALİ Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri görür. Və bu missiya uğurla da başa çatacaq. 

O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar