60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü
22 iyul 2025 11:06 (UTC +04:00)

60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü

Taylandda iki yaşlı uşaq 60-dan çox eşşəkarının sancması nəticəsində ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Naxon Ratçasima əyalətində baş verib. Akın adlı uşaq məktəb yaxınlığında velosiped sürərkən qəfildən eşşəkarı sürüsü ona hücum edib.

Ata oğlunu paltarı ilə örtərək onu qorumağa çalışıb və cəld uşağı xəstəxanaya çatdırıb. Lakin arı zəhərləri kəskin böyrək və ürək çatışmazlığına səbəb olub, nəticədə oğlan həmin axşam ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar