Gəncə şəhərində 21 yaşlı gənc kəsici alətlə xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
2004-cü il təvəllüdlü şəhər sakini A. Qəribov döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.