Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur.
Lent.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "tvitter" hesabında yazıb.
Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır.
***
17:51
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Azərbaycanın Ağcabədi, Tərtər və Ağdam rayonlarını atəşə tutmasına münasibət bildirib.
Lent.az xəbər verir ki, bu barədə o özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:
"Saat 8.00-dan 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam bölgələrinə 100-dən çox top mərmisi atılıb. Atəşlər nəticəsində mülki şəxslər hədəf alınıb. Ermənistan humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur".