Sosial şəbəkələrdə Ermənistan vətəndaşları tərəfindən öz silahlı qüvvələrində fərariliyin, özbaşınalığın vüsət aldığını, orduda ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar paylaşılır.
APA-nın təqdim etdiyi videoda erməni əsgəri kamera arxasından ordularındakı pərakəndəliyi çəkərək bunları deyir:
“Baxın, ay millət, bu artıq 2-ci gündür ki... Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altındayıq, nə yemək var, nə də əsgər qalıb. Gətirib atıblar bura, gediblər. Keç kimin vecinə deyil. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə”.
Digər videoda isə Razdandan olan erməni əsgəri hərbi hissə komandirinə üz tutub deyir ki, ərzağımız, silahımız yoxdur, başsız qalmışıq, hamı döyüş meydanından qaçır:
- Biz 10 gündür ki, buraya gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.
- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.
- Nə edəcəyimizi bilmirik.
- Qaça da bilməyəcəksiniz də!
- Silah atəş açmır!
- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır) Niyə atəş açdı?! Al tut! (silahı verir) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!
- Mən konkret irəli getməyəcəyəm!
- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.
- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.
- Bəs ayağınızda nədir?!
- Mənim varımdı. O birinin yoxdur?!
- Kimin yoxdur?!
- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.
- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!
- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!
- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəyəm. Bu sözləri deyən, danışan razdanlıdır.
- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! Ddeyirlər ki, "Roqatka" ilə gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!
- Baxın, çiynində "roqatka"dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!
Həmin videonu digər ermənistan vətəndaşı – “Lucie Gevorgyan” imzası ilə paylaşaraq orduda vəziyyətin dözülməz olduğunu bildirir:
“İçimizdəki düşmənlər bizə genosid edir. Azərbaycanlılar bizim halımıza baxıb məzələnirlər. Düz 2 gündür acıq. Bu videonu aidiyyəti qurumlara göndərib sonra yayın.
Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, “qoyunlar”ımız hələ də xain Paşinyana dözürlər”.