Bahar Muradova Türkiyə–Azərbaycan Konfederasiyasından danışdı
“Konfederasiya tipli dövlətlərin yaranması artıq tarixdə qalıb və bu gün dünyada ölkələr bu və ya digər təşkilatda birləşə bilirlər”.
Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən söyləyib.
Bahar Muradova qeyd edib ki, bir sıra dövlətlər müəyyən təşkilat daxilində fəal əməkdaşlıq edirlər və Avropa Birliyi buna bir nümunədir. Onun sözlərinə görə, regionumuz üçün buna bənzər “Qafqaz Evi”» ideyası ortaya atılsa da, münaqişələr səbəbindən bu ideya reallaşa bilməyib. Vitse-spiker bildirib ki, bu gün dünya dövlətləri konfederasiya quruluşu yaratmağa maraqlı görünmürlər. Digər tərəfdən, Azərbaycan uzun illər öz müstəqilliyini əldə etmək istəyib. Artıq Azərbaycan müstəqil dövlətdir və bu müstəqilliyinin bərpasının 20 illik yubileyini qeyd etməyə hazırlaşır.
Bahar Muradova vurğulayıb ki, əldə etdiyimiz nailiyyətlərə görə ilk növbədə müstəqilliyimizə borcluyuq: “Bu mənada Türkiyə ilə bizim münasibətlərimizdə hansısa yenilik axtarmağa ehtiyac görmürəm. Türkiyə tərəfindən də belə təşəbbüs ortada yoxdur, mən buna rast gəlməmişəm. Belə bir müzakirələr sadəcə, ideya müzakirələri kimi qəbul oluna bilər. Demokratik cəmiyyət yalnız ona görə demokratik cəmiyyət adlanmır ki, orada seçkilər demokratik keçirilir və güclülər qalib gəlir. Belə cəmiyyət, həm də ona görə demokratik adlanır ki, orada az sayda insanların qəbul edəcəyi fikirlər daha çoxsaylı insanlar tərəfindən müzakirə oluna bilər və nəticə də çoxluğun qərarı ilə müəyyən edilir. Bu səbəbdən mən bütün bunları yalnız ideya müzakirəsi kimi qəbul edirəm. Düşünmürəm ki, bu məsələnin real əsasları var. Çünki Azərbaycanla Türkiyə strateji müttəfiq, qardaş dövlətlərdir”.
Vitse-spiker qeyd edib ki, iki dövlətin bir çox maraqları, hədəfləri eynidir: “Bunlara doğru fəaliyyətimizdə də uyğun mövqelərdən çıxış edirik. Belə bir məqamda bu məsələni ortaya atıb sonradan onun ətrafında başqa notlu fikirləri səsləndirmək düzgün olmazdı. Əgər nə vaxtsa, region üçün Avropa Birliyi kimi əhəmiyyətli bir birlik yaranması ideyası gündəmə gələrsə və bu, Azərbaycanla Türkiyə üçün maraqlı görünə bilərsə, həmin məsələyə baxa bilərik. Amma hal-hazırda dünyanın, bütün ölkələrin imtina etdiyi dövlət formasına yenidən qayıtmağa lüzum görmürəm”.

533