Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - I YAZI
Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə, insanların həyatında baş verən dəyişikliklər orduda da öz əksini tapır. Bəşəriyyət inkişaf etdikcə ordu da inkişaf edir.
Ordunun yaranması insanın daha yaxşı və təhlükəsiz yaşamaq, öz ehtiyaclarını daha rahat təmin etmək, bu yolda qarşıya çıxan maneələri dəf etmək kimi təbii instinktindən doğur. Hər bir insan müəyyən gücə sahibdir və bu gücdən müəyyən məqamlarda istifadə etməyə zərurət yaranır. Cəmiyyət inkişaf etdikcə bu zərurət kütləvi şüurda öz ifadəsini tapır və birgə müdafiə olunmaq, qorunmaq zərurəti yaranır.
Hələ qədim dövrlərdə Hindistanda, Romada, Çində, Yaponiyada hərbçilər ən yüksək kastalardan (siniflərdən) biri, cəmiyyətin ən hörmətli təbəqəsi hesab olunurdu. Hərbçilər dövlətin, zadəganların və kral cah-cəlalının əsas keşikçiləri hesab olunurdular.
Zaman keçdikcə insan şüurunda müəyyən dəyişikliklər baş verdi. Ordunun cəmiyyətdəki rolu və “ordu” anlayışı da əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün ordu ilə bağlı bir zamanlar söylənilmiş, aksioma hesab olunan tezislər artıq köhnəlib, ordunun qarşısına yeni-yeni tələblər qoyulub. Amma nə qədər təkamülə məruz qalsa da, ordu yenə də öz prinsipial əhəmiyyətini qoruyub saxlayıb.
Bir zamanlar dahi sərkərdə Napoleon Bonapartın söylədiyi bir fikrə nəzər salaq: “Böyük batalyonlar (taborlar) həmişə haqlıdır”.
Bu fikir ABŞ-ın tətbiq etməyə çalışdığı təkqütblü dünya düzənində bu gün də aktual səslənir. İraq, Bosniya, Kosova, Əfqanıstan və mövcud beynəlxalq hüququ, münasibətlər sistemini ciddi şəkildə təhdid edən, əsaslarını sarsıdan digər problemlər “Güc həmişə haqlıdır” tezisinin bu gün də qüvvədə olduğuna misaldır. Hərbi-siyasi baxımdan güclü olan dövlətlərin beynəlxalq hüquq normalarından və prinsiplərindən yayınaraq digər dövlətlərin daxili işlərinə müdaxilə etmələri və mövcud reallığı özlərinə sərf edən şəkildə zorla dəyişərək hamıya onu qəbul etdirməyə çalışmaları bu cür fikirlərin ictimaiyyət arasında tez-tez səslənməsinə səbəb olur.
Digər tərəfdən, hərbi güc müəyyən iqtisadi və hətta mədəni, ideoloji-siyasi faktorlara söykənir. Ordu texniki və taktiki baxımdan nə qədər hazırlıqlı olsa da, hərbi gücün mərkəzində insan faktoru durur. Hərbçi özü ilk növbədə insandır və onun da bir sıra fərdi keyfiyyətləri, üstünlükləri və zəif cəhətləri, hüquqları, maddi, mənəvi və digər tələbatları var. Ordu – ümumi bir anlayış olmaqla yanaşı, həm də fərdlərdən təşkil olunmuş bir institutdur. Buna görə də, müasir orduda ümumi vətənpərvərlik anlayışı ilə yanaşı fərdi insanpərvərlik faktoru da ön plana keçir. Ordunun ümumi hazırlığını yüksəltmək üçün hər bir əsgərin müasir tələblərə uyğun hazırlanması tələb olunur. Əgər əsgər əlindəki texnikadan istifadə edə bilmirsə, dünyadakı ümumi ictimai-siyasi vəziyyətdən və öz ölkəsinin tarixindən az da olsa məlumatı yoxdursa, müasir texnoloji yeniliklərdən tamamilə bixəbərdirsə, düşmənin silahlarından özünü müdafiə etməyi bacarmırsa və ən əsası, ideoloji cəhətdən hazırlıqsızdırsa, bu ordunun qüdrətindən danışmağa dəyməz.
Bu aspektdən məsələyə yanaşdıqda tamam başqa bir mənzərə ilə qarşı-qarşıya qalırıq. Əgər “güc” dedikdə ordunun sırf silah, arxa cəbhə və texnoloji baxımdan təchizatından söhbət gedirsə - buna güc demək olmaz. Vyetnam, Koreya, İraq və Əfqanıstan müharibələri ABŞ-a, rus-çeçen münaqişəsi isə qonşumuz Rusiyaya bu cür yanaşmanın yanlış olduğunu başa saldı. Buna görə də, müasir dövrdə ABŞ-da və dünyanın bir çox qabaqcıl ölkələrində “hərbi güc” anlayışı daha kompleks götürülür. Burada hərbçi faktoru texnika faktorundan önə keçir və əsas diqqət məhz keyfiyyətli hərbçi kadrların yetişdirilməsinə yönəldilir. Müasir peşəkar ordu məhz bu prinsip əsasında təşəkkül tapır.
Digər bir maraqlı tezis demokratik güclərin bir-birinə qarşı vuruşmaması tezisidir. Əslində bu tezis reallığı ifrat dərəcədə sadələşdirir. Yuxarıda da qeyd etdiyimiz kimi, ordu insan təbiətindən doğan bir hadisədir. Nə qədər ki, insan, onun artan ehtiyacları var, cəmiyyətdə və ölkələr arasında ziddiyyətlər də daima olacaq. İnsanlar və ölkələr müxtəlif yollarla bu ehtiyaclarını ödəməyə çalışacaqlar. Bu baxımdan, demokratik ölkələrin bir-birinə qarşı savaşmayacaqlarını birmənalı olaraq iddia etmək və demokratiyanın “başgicəlləndirici vədlərinə” aldanaraq hərbi quruculuğu ikinci və hətta deyərdik, daha arxa plana atmaq bağışlanılmaz bir səhv olardı. Baxmayaraq ki, demokratiya eyforiyasının hökm sürdüyü 90-cı illərdə bu tendensiya kifayət qədər güclü idi, bu gün artıq bir çoxlarına bəllidir ki, abstrakt demokratiya vədlərinə milli təhlükəsizliyi qurban vermək bu gün ciddi qəbul olunmur.
Ordu daima güclü demokratik cəmiyyətin təminatçısı rolunda çıxış edib. Əgər ABŞ ordusu olmasa idi, ABŞ demokratiyası öz mühüm dayağını itirərdi.
Eyni zamanda inkar etmək olmaz ki, demokratik cəmiyyətdə insanlar daha sivil mübarizə üsullarına üstünlük verirlər. Dövlətlər arasındakı münasibətlər demokratik dəyərlər üzərində qurulduqda bu qanun beynəlxalq münasibətlərdə də özünü göstərir. Lakin bir qrup ölkələr (Avropa Birliyi üzvləri və Amerika qitəsindəki bəzi ölkələr) istisna olmaqla, demokratikləşmə demək olar ki, dövlətlərarası münasibətlərdə əsas kimi götürülmür. Buna görə də, dövlətlər (əsasən də güclü dövlətlər) öz milli maraqlarını nə yola olursa-olsun təmin etməyə çalışırlar. Belə olan halda, bəzi Qərb dövlətlərinin çağırışlarına baxmayaraq gənc ölkələr öz dövlət quruculuqlarında mütləq hərbi-siyasi quruculuğa ən azı demokratik quruculuq qədər önəm verməlidir.
Ötən əsrin gündəmində əhəmiyyətli izlər buraxmış terrorizm faktoru da müasir ordu anlayışına öz təsirini göstərib. Hərbi, siyasi və elmi dairələrdə geniş müzakirə və araşdırma predmeti olmuş bu problem və onunla mübarizə yolları hərbi gücdən istifadədə spesifik tələblər irəli sürür. Artıq standart ordu anlayışı, ağır taktiki manevrlər və müəyyən texniki vasitələr, silahlar burada öz effektini itirir və daha yaradıcı yanaşma, yüksək fərdi hazırlıq, çevik qərar qəbul etmək və cəldlik ön plana çıxır. Bir sözlə, insan faktoru yenə də qabarıq şəkildə öz əhəmiyyətini büruzə verir.
Müasir ordu anlayışı haqqında qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, orduda kəmiyyət faktoru tədricən arxa plana keçir və öz yerini keyfiyyət faktoruna verir. Çox sevindirici haldır ki, ölkə rəhbərliyi Azərbaycan ordu quruculuğuna məhz bu aspektdən yanaşır. Ölkədə müşahidə olunan yüksək iqtisadi artım tempindən cənab Prezidentin bu sahəyə yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan Milli Ordusu da bəhrələnir və Silahlı Qüvvələrin şəxsi heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət ehtiyaclarının ödənilməsi, onların hüquqlarının müdafiəsi ordunun maddi-texniki və müasir silahlarla təchizatı ilə paralel olaraq yüksək səviyyədə aparılır. Ali Baş Komandanın bu fikirləri dediklərimizə sübutdur: “Biz ölkəmizi müasirləşdiririk. Söhbət təkcə hərbi xərclərdən getmir. Biz təhsil, səhiyyə, infrastruktur sahələrinə də xeyli vəsait ayırırıq. Son beş il ərzində Azərbaycan öz dövlət xərclərini 12 dəfədən çox artırmışdır. Hərbi xərclər isə, bütün digər sahələrdə olan xərclərə müvafiq olaraq artır. Əgər siz bizim ümumi daxili məhsul daxilində hərbi xərclərin faiz nisbətinə baxsanız, görərsiniz ki, onlar Ermənistanla müqayisədə daha azdır. Buna görə, Azərbaycanın guya silahlanma yarışına rəvac verməsi barədə səslənən ittihamlar həqiqətə uyğun deyildir. Bu gün iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə böyükdür. Buna görə, bizim istədiyimiz qədər vəsait xərcləməyə imkanımız vardır. Ermənistanın isə, yalnız digər ölkələrdən nə qədər yardım almaq imkanı varsa, bir o qədər vəsait xərcləmək imkanı vardır. Bu, reallıqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında güc tarazlığı artıq mövcud deyildir. Bu, istənilən sahədə belədir. Əgər iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa, təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də böyükdür. Bu, təbiidir. Bir daha demək istəyirəm, bu, o demək deyil ki, biz vəsaitləri yalnız hərbi məqsədlər üçün xərcləyirik. Biz bütün digər sahələrə də vəsaitlər ayırırıq”.
Emin Həsənli
Politoloq

910