Sürgündəki güneyli ziyalılar təşkilat qurublar
Onların çoxu siyasi düşüncəsinə, Tehran hakimiyyətinin yürütdüyü siyasəti qəbul etmədiyinə görə öz yurdlarını tərk etməyə məcbur olub.
Ölkədən didərgin düşənlərə arasında Güney Azərbaycan türkləri çoxluq təşkil edir. Onlar bir sıra siyasi, ictimai-mədəni qurumlar yaradıb, milli-varlıqlarını qorumağa, İranla bağlı gerçəklikləri dünya ictimaiyyətinə çatdırmağa çalışırlar
Bu günlərdə “Sürgündə Güney Azərbaycan Qələm Əncüməni” qurucularının toplantısı keçirilib.
Həmin yığıncaq aşağıdakı məzmunda bildiriş yayıb: “İran çox milliyyətli bir ölkədir. Orda fərqli kültürlərə, ənənələrə malik milliyyətlər var.
İranda iki rejim - Pəhləvi və İslam Respublikasının yaratdığı sıxıntı və qorxu sizin hamınıza, insan haqlarını müdafiə edən bütün təşkilatlara, özəlliklə, Beynəlxalq “Qələm Əncüməninə” (“Pen klub” - S.S.) bəllidir.
İranın çoxlu sayda yazıçısı, şair və qəzetçisinin dar ağacından, həbsxanalardan və oradakı ağır vəziyyətdən qurtulmasına bu qurumun Avropa ölkələri, ABŞ və Kanadadakı şöbələri yardım etmişlər.
Bununla belə İranda hələ də çeşidli vahiməli bir vəziyyət var ki, bu gerçək qorxunc durum bütün insanların gözünün qarşısındadır.
Çoxmilliyyətli olsa da bu ölkədə bir dil – fars dili və mədəniyyəti rəsmi olaraq tanınır. Ancaq Azərbaycan türkcəsi, bəluc, ərəb, kürdcə və başqa dillər rəsmi olaraq tanınmır. Bu dillərin daşıyıcıları isə yalnız fars dilində təhsil almaq məcburiyyətindədirlər. Bu baxımdan, İran cəmiyyətinin üçdə ikisindən çoxuna edilən zülm heç bir ölkə ilə müqayisəyə gəlməz.
İran İslam Respublikası və beynəlxalq təşkilatların verdiyi məlumatlara əsasən, bu ölkədə Azərbaycan türkləri 20-30 milyon olmaqla əhalinin üçdə birini təşkil edir. Bu isə ölkədə etnik çoxluq deməkdir. Ancaq bu sayda olan cəmiyyət ana dilində təhsil almaqdan məhrum edilib.
Güney Azərbaycanın yazıçıları, şairləri, elm adamları, qəzetçiləri və başqa bu sayaq yaradıcı peşənin yiyələri öz ölkələrində təqiblər və milli kimliklərini qoruduqları üçün sürgün vəziyyətində yaşayırlar. Tehranın yaratdığı bu mədəni assimilyasiya ucbatından onların çoxu Avropa ölkələrində, Türkiyədə, ABŞ-da, Azərbaycan Respublikasında, Kanada və başqa ölkələrdə sürgün həyata yaşayırıq, əsərlərini çeşidli dillərdə yazır və nəşr etdirirlər.
Biz, İrandan dışarıda, sürgündə yaşayan azərbaycanlı yazıçılar, şairlər, qəzetçilər yazdığımız dildən asılı olmayaraq, Beynəlxalq İnsan Haqları Bəyannaməsi əsasında fəaliyyət göstərən Beynəlxalq Qələm Əncüməninin əsasnamə və nizamnaməsinin bütünlükdə qəbul edərək, onun yanında fəaliyyətimizi davam etdirməyə qərar vermişik”.
Sürgündəki həmin azərbaycanlı ziyalılar mühacirətdə yaşayan güney azərbaycanlı qələm əhlini bu prosesə qoşulmağa dəvət edib.
Bildirişi “Sürgündə Güney Azərbaycan Qələm Əncüməni”nin aşağıda adları göstərilən qurucuları imzalayıb: Südabə Ərdəvan, Əlirza Əsgərzadə, Rza Bərahəni, İsmayıl Cəmili, Əlirza Quluncu, Saif Hətəmlu, Haşim Xosrovşahi, Maşallah Rəzmi, Fərzad Səmədi, Hadi Soltanülqurayi, Heyətullah Soltanzadə, Hüseyn Süleymanoğlu, Sevil Süleymani, Yunis Şamili, Ziya Sədrüləşrəf, Sidiqə Ədaləti, Fərhad Qabbosi, Əli Qaracalu, Leyla Müctehidi, Nasir Merqati, Əlirza Müzəffəri (Miyanalı), Məhəmmədrza Heyət, Əhməd Yəzdani.
Başqa bir xəbərdə isə bildirilib ki, bu ilin mayında İsveçin Stokholm şəhərində Güney Azərbaycan Qadınlarının konfransı keçirilməli idi. Ancaq bu tədbirin cari il sentyabrın 3-4-də keçiriləcəyi haqda təşkilatçılar qərar qəbul edib.
Həmin toplantıda bütövlükdə Azərbaycanın, özəlliklə Güney Azərbaycan qadınlarının siyasi, ictimai və iqtisadi problemləri, eləcə də qadın haqlarının qorunması uğrunda fəaliyyəti və başqa bu sayaq məsələlər müzakirə ediləcək. Tədbirə qatılmaq istəyənlər və məsələ ilə bağlı Güney Azərbaycan Qadın Konfransına, bu ünvana - [email protected] müraciət edə bilərlər.
Sədrəddin Soltan

512