Müəllimin fantaziyası, tələbənin realizmi – AKTUAL ŞƏRH
Ey Füzuli, şami-qəm əyyamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər: var sübh
Seçkinin nəticələri ilə bağlı fikirlərimi o gecə də yazıb göndərə bilərdim: ancaq Türkiyə və Orta Şərqə dair yazanları və önəmli beyin mərkəzlərinin mülahizələrini səbrlə gözləməyə üstünlük verdim. Bunun əsas səbəbi, təbii ki, şərh və mülahizələrə geniş perspektivdə baxmaq idi. Seçkinin nəticələrinə hər kəsin öz şərhi var - ancaq etiraf edirəm ki, mənim bu nəticələrə baxışım seçkinin nəticələrinə baxaraq ortaya çıxmayıb. Futbolla müqayisə etsək: mənim hesab lövhəsinə baxıb şərh verən - qalib gələn komanda mütləq təriflənməlidir; uduzan isə mütləq tənqid edilməlidir - şərhçiləri dinləməyə heç vaxt hövsələm olmayıb. Qalibin də, məğlubun da performansını o qalibiyyətin və ya məğlubiyyətin alt yapısından başlayaraq dəyərləndirməyə üstünlük vermişəm. 12 iyundakı seçkiyə Türk dövlətinin infrastrukturu nöqteyi-nəzərindən baxmışdım: ona görə də AKP-nin bu seçkidəki reytinqinin 60%-ə çıxmasının və ya 45%-ə düşməsinin mənim üçün o qədər fərqi yox idi və nə 60, nə də 45%-ə təəccüblənəcəkdim. Çünki qardaş Türkiyənin “Cümhuriyyət” adlı dövlət yapısının 10-15%-lik aşağı-yuxarı fərqlərlə bugünkü və hətta bundan daha mühafizəkar siyasi aktyorlara idarəçilik səlahiyyəti verməsindən başqa bir nəticə gözləmək, öz adıma danışıram, mənim üçün sürpriz deyil. “Niyə, nə üçün, nədən?” - sualları qulağıma gəlir: cavabım çox qısadır: çünki bu ölkə “Cümhuriyyət” məfhumu üçün hava və su kimi lazım olan “aydınlanma” (qabaqlar məmləkətimdə buna “maarifçilik” deyirdilər; o sözün dəyişib-dəyişmədiyindən, doğrusu, xəbərim yoxdur) prosesini yaşamayıb. Məktəbdə bizə Axundzadəni, Sabiri, Məmmədquluzadəni, Haqverdiyevi, Hacıbəylini, Cabbarlını oxudanların bizlərə nə qədər böyük yaxşılıq etdiyini indi daha çox hiss edirəm. Mirzə Fətəli Axundzadənin 1848-54-cü illər arasında yazdığı 6 komediya, fəlsəfi traktatları, məktubları, latın əlifbası layihəsi - sən demə, bunlar Azərbaycanın renessansı imiş və 28 may 1918-ci ildə elan etdiyimiz Şərqin ilk Cümhuriyyətinin infrastrukturunun ilk təməl daşları imiş. Bir tərəfdən, komediyalar yazan Axundzadə, o biri tərəfdən, teatrın nə olduğunu xalqa ən sadə sözlərlə izah etməkdən də bezib-sıxılmırdı. 1863-də Tiflisdən qalxıb İstanbula gələn, burada görüşdüyü baş nazir Keçəcizadə Məhmət Fuad paşaya ərəb əlifbasının sadələşdirilmiş variantı ilə özünün yaratdığı latın əlifbası layihələrini təqdim edən, iki layihədən birinin bir an əvvəl qəbulu üçün təkid edən Axundzadənin təklifləri qəbul görmədi; qəm yeməyə dəyməzdi - çünki onun döşədiyi yol bizi 28 may 1918-də elan ediləcək olan Cümhuriyyətimizə doğru əmin addımlarla götürəcəkdi. 1848-dən 1918-ə qədərki periodu sürəkli beyin məşqlərinin təkamülü içində keçirməyimiz bizi 28 maya doğru əliboş aparmamışdı. İlk teatr(1873), ilk qəzet (1875), Qori seminariyasının Azərbaycan şöbəsi(1879), İstanbuldan gələn Ünsizadə qardaşlarının Tiflisdə çıxardığı qəzetlər, Qaspıralının Baxçasarayda çıxardığı “Tərcüman” qəzetinin “Dildə, fikirdə, işdə birlik” şüarı ilə ortaya çıxan milliyyətçilik, “Şərqi-rus”, Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlunun İstanbuldan Bakıya qayıdıb əbədi-siyasi mübahisələrə qatılmaları, Firidun bəy Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı, 7 aprel 1906-da Tiflisdə “Zəmanənin və təbiətin yaratdığı “Molla Nəsrəddin” jurnalının “Sözünü o kəslərə de ki, səni eşitmirlər” paroluyla çapa başlayaraq Sabir, Haqverdiyev, Hacıbəyli kimi fenomenlərin kəşfi, ilk operamız (1908), İrandakı məşrutiyyət, Bakı mətbuatında sosialist yönlü yazılar yazan Rəsulzadənin daha sonra İrana qaçaraq məşrutiyyət hərəkatına verdiyi dəstək, 1911-də 3 nəfərin məmləkətin ilk siyasi qurumu olan Müsavat Partiyasını yaratması, Bakıdan qaçmaq məcburiyyətində qalan Hüseynzadə və Ağaoğlunun 1912-də İstanbulda Türk ocaqlarının qurulmasında fəal iştirakı - Türklük düşüncəsinin siyasi müntəxəbatda güclənməsi, 1913-dəki əfvi-ümumidən sonra Rəsulzadənin İstanbuldan vətənə qayıtması, “Açıq söz” qəzeti, 1917-də Türk ədəmi-mərkəziyyət partiyası ilə Müsavatın birləşməsi, Yusif Vəzir Çəmənzəminlinin “Biz kimik və istədiyimiz nədir?” adlı məqaləsində qurulmasına az qalan bir dövlətin iqtisadi, siyasi, sosial, mədəni proqramının ortaya çıxması və... Şərqin ilk Cümhuriyyətinin elanı. “İnsanlara hürriyyət, millətlərə istiqlal” – Cümhuriyyət bu bəşəri prinsip üzərində quruldu - bəs bu prinsipin dayaq nöqtəsi harada idi, sizcə? Mən “İnsanlara hürriyyət, millətlərə istiqlal” - paradiqmasının təməlini Amerikan və ya İsveç konstitusiyasında deyil, Sabirin “Kim ki, insanı sevər, aşiqi-hürriyyət odur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur” - misralarında görürəm. Demokratik və dünyəvi Azərbaycan Cümhuriyyəti Axundzadənin 1848-ci ildə başlatdığı aydınlanma və maariflənmə prosesinin 70 illik təkamülü nəticəsində quruldu. Onu quranların istinad nöqtəsi sərbəst iqtisadiyyat, sərbəst düşüncə, elm, maarif, mədəniyyət idi. Bu qısa xülasə belə 28 may 1918-in “Cümhuriyyət” məfhumu üçün qaçılmaz olan təməl üzərində qurulduğunu görməyə kifayət edər. Önəmli bir nöqtə daha var: 28 maya doğru gedən proseslərin iqtisadi alt yapısı da güclü idi; Azərbaycan öz müstəqilliyini milli burjuaziyasını yaradaraq elan etmişdi. Bunun ən yaxşı örnəyi Hacı Zeynalabdin Tağızadənin fəaliyyətidir. Nağı Keyqurunun İstanbulda çıxmış xatirələrindən oxuyuruq ki, milli hökumət Gəncədən Bakıya köçəndən sonra Tağızadə baş nazir Fətəli xan Xoyskinin yanına gedərək, “Yeni bir milli dövlət qurduqlarına görə çox sevindiyini və buna görə də sərvətinin hamısını milli dövlətin əmrinə verməyə hazır olduğunu” deyibmiş. Yenə o xatirələrdə oxuyuruq ki, 1919-cu ildə Bakı universitetinin açılış mərasimində çıxış edən Tağızadənin sevincdən boğazı qəhərlənib, bir neçə dəqiqədən sonra sözə başlayanda deyib ki, Torqovı küçəsindəki pasajımın bütün gəlirini universitetə bağışlayıram. Dil, mədəniyyət, maarif sahəsindəki uzun müddətli beyin məşqlərinin XX əsrin əvvəllərində milli burjuaziya tərəfindən dəstəklənməsi isə ən gəlişmiş Qərb ölkələrində görünən nadir hadisələrdən idi. 1918-də yüksəldilən üçrəngli bayraq Azərbaycan toplumunun millətləşmə prosesindəki üsuli-idarə formasının simvolu idi: Türkləşmək, islamlaşmaq, müasirləşmək. Tadeuş Svyataxovskinin “Rusiya Azərbaycanı: 1905-1920: müsəlman icmadan milli kimliyə doğru” kitabında bu proses yaxşı təhlil edilib.
12 iyunda keçirilən seçkidə AKP-nin 50% səslə üçüncü dəfə təkbaşına iqtidara gəlməsinin səbəblərini araşdırmaq üçün uzağa getmək lazım deyil: 28 may 1918-də elan edilən Azərbaycan Cümhuriyyəti ilə 29 oktyabr 1923-də elan edilən Türkiyə Cümhuriyyətinin istinad nöqtələrinə nəzər salmaq kifayət edir. Xatirələrdən öyrənirik ki, istiqlal savaşını birlikdə yapdıqları generalların bir qismi belə, Qazi Mustafa Kamalın “Cümhuriyyət” üsuli-idarəsi fikrinə qarşı çıxırmışlar. Ən yaxın silahdaşı İsmət Paşanın xatirələrindən öyrənirik ki, oktyabrın 28-də gecə yarısı Qazi Mustafa Kamal ona “Sabah cümhuriyyət elan edəcəklərini” – deyibmiş. “Cümhuriyyət” layihəsinin reallığa çevrilməsi istiqlal savaşında çox şeyini itirmiş (ancaq ən önəmlisi, istiqlalını qazanmış), əhalisinin təxminən 90%-i oxumaq-yazmaq bilməyən bir cəmiyyət üçün Qazi Mustafa Kamalın şəxsi iradəsi və təşəbbüsü sayəsində mümkün olmuşdu. Yeni rejimin inqilabi xarakterli əksər layihələri “Cümhuriyyət” məfhumunun içini doldurmalıydı: idarəçiliyin müvafiq qurumları sürətlə yaradılmalı, islahatlar insanların geyim tərzindən başlamış iqtisadiyyat, təhsil, mədəniyyətə qədər həyatın bütün sahələri ehtiva edən qanunlarla dəstəklənməliydi. Bu yolda üsyanlarla, sui-qəsdlərlə qarşılaşan Atatürkün referans nöqtəsi özünün qurduğu Cümhuriyyət idi. Elə buna görə 1926-cı ildə İzmirdəki sui-qəsddən sağ qurtulanda Anadolu agentliyinə bu açıqlamanı vermişdi: “Mənim sadə vücudum, əlbəttə, bir gün torpaq olacaqdır, ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə qədər yaşayacaqdır”. İnqilabi xarakterli islahatlar apararkən ideoloji cəhətdən özünün “fikir babası” saydığı adam “Türkçülüyün əsasları” kitabının müəllifi Ziya Gökalp idi; xidmətçisinin xatirələrindən öyrənirik ki, dünyəvi Türkiyə Cümhuriyyətində teatrın inkişaf etdirilməsi üçün necə ürəkdən çalışıb. “Cümhuriyyət” layihəsinə dəstək olmaq üçün onun topluma təlqin etdiyi ən önəmli fikirlərdən biri də bu idi: “Siz millət vəkili, baş nazir, prezident ola bilərsiniz; ancaq heç vaxt sənətkar ola bilməzsiniz”. 1930-cu ildə çox partiyalı sistemə keçmək üçün güvəndiyi Əli Fəthi Okyar ilə şuşalı professor Əhməd Ağaoğlunu yeni partiya qurmağa dəvət edir: “Sərbəst firqə” adı altında qurulan partiyanın ömrü cəmi-cümlətanı 89 gün olur: Cümhuriyyətin çoxpartiyalı sistemə keçməyə hazır olmadığına inanan Qazi Paşa onun qapadılması üçün təlimat verir. Bundan məmnun qalmayan Əhməd Ağaoğlu Qazi Paşanı “cəmiyyət həyatını yuxarıdan dizayn etməkdə” günahlandırsa da, qərardan geri dönülmür. Cümhuriyyəti “Türklük və dünyəvilik” referansları üzərində inşa edən Mustafa Kamal Atatürkün bu prinsipləri ikinci prezident İsmət İnönü tərəfindən 1950-ci ilə qədər davam etdirildi. İnönü dönəmində azanın Türkcə oxudulması və din işləri ilə bağlı cəmiyyətin müəyyən təbəqəsinin xoşuna gəlməyən bəzi addımlar son seçkidə AKP lideri və baş nazir Ərdoğan tərəfindən məharətlə kullanıldı: son illərdə İsmət Paşanı dəfələrlə Hitlerlə müqayisə edən Tayyip bəy bu seçkidə “Bunlar məscidi axıra çevirdilər” - deyərək, meydanları coşdurdu. Türkiyənin çoxpartiyalı sistemə keçdiyi 14 may 1950-ci il seçkisində “Yetər, söz millətindir” - şüarı ilə meydanlara çıxan Demokrat Partiyası təkbaşına iqtidara gəldi. Cəlal Bayarın prezident, Adnan Menderesin isə baş nazir olduğu 50-60-cı illər arasında din üzərindəki təzyiqlər böyük ölçüdə aradan qaldırıldı; hətta baş nazir Menderes seçicilərinə “Siz istəsəniz, xilafəti də geri qaytara bilərsiniz” - sözləri ilə müraciət edərək müxalifətin tənqid oxlarını öz üzərinə çəkdi (qeyd: xilafət 1924-cü ildə ləğv edilmişdi). Menderes dönəmində “imam-hatip” adı verilən dini təmayüllü ibtidai məktəblərin sayı çoxaldı. 60-70-ci illərin İnönü, Dəmirəl və Ecevit hökumətləri dönəmində də vətəndaşların dini duyğularına ciddi təzyiqlər edilmədi; əksinə, məsələn, özünü “ortanın solu” elan edən İnönü və Ecevit dönəmlərində də Nazim Hikmətin şeirləri bu ölkədə yasaq idi... “Milli görüş” adı verilən dini təmayül professor Nəcməddin Ərbakanın 1969-da Konyadan müstəqil millət vəkili seçilməsindən sonra parlamentdə təmsil olunmağa başladı. Əvvəlcə Milli Nizam, onun qapadılmasından sonra Milli Səlamət Partiyasını quran Ərbakanın önünə 12 sentyabr 1980-ci il dövlət çevrilişi əngəl kimi çıxsa da, sonrakı proseslər göstərdi ki, Atatürkün qurduğu Cümhuriyyətin qeydsiz-şərtsiz qoruyucusu olan generalların ən az zərərə məruz qoyduğu təbəqə dindarlar olubmuş.
70-ci illərin axırlarından başlayaraq “Qızıl nəsil yetişdirmə” parolu ilə Fətullah Gülənin öz fəaliyyətini gücləndirdiyini görürük. 12 sentyabr 1980-ci il çevrilişindən sonrakı ilk seçkidə iqtidara gələn Turqut Özalın ailəlikcə Nəqşibəndi şeyxinə rəğbət göstərdikləri isə heç kimə sirr deyildi - çevrilişdən sonra Özalın iqtidara gələrək “fikir və inanc” sahəsindəki bir çox yasağı ləğv etməsi də önəmli faktorlardan sayıla bilər. Türkiyədə dini təmayüllərin üstünlük təşkil etdiyi siyasi hərəkat ilk böyük başarısını 1991-ci ildəki parlament və 1994-cü ildəki bələdiyyə seçkisində göstərdi. Rəcəb Tayyib Ərdoğanın İstanbul, Məlih Gökçəkin isə Ankara bələdiyyə başqanı seçilməsi Refah Partiyasının yüksəlişinə təkan verdi və 24 dekabr 1995-də keçirilən parlament seçkisində Nəcməddin Ərbakan uzun müddətdən bəri qurduğu (və çox adamın fantaziya kimi gördüyü) xəyalı gerçəkləşdirərək, seçkidən birinci çıxdı. İyul 1996 - iyul 1997 arasında 1 il Tansu Çillərin Doğru Yol Partiyası ilə koalisiyada olan Ərbakana ən böyük zərbəni 28 fevral 1997-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında generallar vurdu: verilən ultimatum Ərbakanın iqtidardan getməsinə və daha sonra Refahın qapanmasına səbəb olduğu kimi, o dönəmdə Siirtdə “dini məzmunlu şeir oxuduğuna görə” 4 ay həbs cəzası alan Tayyib Ərdoğan da İstanbul bələdiyyə başqanlığı kreslosunu tərk etmək məcburiyyətində qaldı. Cəzasını çəkməyə gedərkən Tayyib bəyin İstanbul bələdiyyəsində keçirdiyi mətbuat konfransının son sözü oraya gələn tərəfdarlarına ümid aşılamışdı: “Bu şarkı burada bitməz”. Yenə o dönəmdə Fətullah Gülənin Türkiyəni tərk etməsi dindar təbəqənin mənsublarının bir-birinə daha sıx sarılmasına səbəb oldu. Ordunun, Konstitusiya məhkəməsinin, prokurorluqların dindar təbəqəni bütün səviyyələrdə sıxışdırması 3 noyabr 2002-də keçirilən seçkidə “zərərdidə” vəziyyətində olan Ərdoğanın AKP-sinin təkbaşına iqtidara gəlməsində önəmli rol oynadı. Türkiyədə 1990-cı illərin əvvəlində yüksəlməyə başlayan islami hərəkat 10 mart 2003-də Tayyib Ərdoğanın baş nazir kreslosuna oturması ilə çox böyük mərhələ qeyd etdi - bu, hərəkatın 35 illik tarixində ilk dəfə təkbaşına iqtidar idi (Ərdoğan siyasi yasaqlı olduğuna görə, AKP-nin təkbaşına iqtidara gəldiyi 3 noyabr 2002 seçkisində iştirak edə bilməmişdi. 18 noyabrda baş nazir vəzifəsinə gələn Abdullah Gül, 10 fevral 2003-də Siirtdə keçirilən ara seçkidə Tayyib bəyin millət vəkili seçilməsindən sonra vəzifəsindən istefa verərək Ərdoğanın qurduğu hökumətin xarici işlər naziri olmuşdu). 8 illik baş nazirliyi dönəmində Tayyib bəy ölkənin idarəçilik paradiqmasını dəyişdirdi: bir lider olaraq “dünyəvilikdən” çox islamı referans alan Ərdoğanın 12 iyunda AKP-nin balkonundan müraciətində “Bu seçkidə Dəməşq, Ramallah, Qahirə qalib gəldi” – sözləri sizcə də paradiqma dəyişikliyi deyilmi?
22 iyul 2207-də keçirilən seçkidə AKP-nin 47% səs almasını şərh edərkən baş nazirin müavini Bülənt Arınç “Növbəti seçkidə 70% səs alacağıq” - demişdi. Son seçkidə qutulardan AKP-nin lehinə Arınçın iddia etdiyi qədər bülleten çıxsaydı, səmimi deyirəm, qətiyyən təəccüblənməzdim.
Siz deyin, dünyəvi rejim qurmaq üçün islahatların yarımçıq qaldığı, mərkəz sağın tamamilə çökdüyü, sol partiyaların dağınıq vəziyyətdə olduğu, bunun əvəzində dini refleksləri çox güclü olub bunu meydanlarda eninə-uzununa kullanan bir partiyanın Bülənt Arınçın istədiyi qədər səs alması niyə təəccüblü olsun ki? İnfrastrukturu bu şəkildə olan hansı ölkədə qutulardan fərqli bir nəticə çıxa bilər?
Sualın cavabına Türk burjuaziyasının durumunu analizlə davam edəcəyik. Sonra “aslan sosial-demokratları”, sonra da AKP hökumətinin savaşdığı ordunu.... Boz qurdları...
Gözünüz burda olsun....
Mais Əlizadə

536