Mirmahmud Mirəlioğlu: “Bəs Allaha nə cavab verəcəyik?” - MÜSAHİBƏ
- KXCP-nin müxalifət düşərgəsində tutduğu hazırkı mövqeyi mərkəzçi adlandırmaq olarmı?
- Ola bilsin belədir. Bilirsiniz, fəaliyyət kənardan daha doğru qiymətləndirilir. Amma bəzi məsələlər göründüyü kimi də deyil. Bizim seçkidən əvvəl və sonrakı fəaliyyətimiz şəffafdır. Mövqeyimizin kökündə isə millət və dövlətçilik məsələləri durur. Sadəcə olaraq bəzi məxsusi məqamlar da mövcuddur. Fikrimcə, Allahına və millətinə qulluq edənlərin heç kimə itaət etməsinə ehtiyacı yoxdur. Bu həyatın qanunlarıdır.
- Görünməyən tərəf dedikdə nəyi nəzərdə tutursunuz?
- Bu barədə danışdıqda, əvvəlcə şəxslərin nəyə və kimə müxalifət olduqları aydınlaşmalıdır. Biz milli məsələlərdə və dövlətçilik məsələsində birlikdə olmağın tərəfdarıyıq. İqtidarın siyasətinə qarşı qatı müxalifətdəyik. Bunu illər boyu apardığımız siyasətimizlə - qeydiyyatlı, qeydiyyatsız, mandatlı və ya mandatsız, o cümlədən mandatdan imtina məsələsində də ortaya qoymuşuq. Amma indiki halda Azərbaycanın hazırkı vəziyyəti bizi vətəndaş, siyasətçi, müxalifətçi olaraq da birliyə səsləyir. Hər şeyin əvvəli və ya sonu var. Xüsusi qeyd etməliyəm ki, bütün mənalarda ömrün bu çağında bizim birlikdən başqa yolumuz yoxdur. Bunu əldə etdiyimiz təcrübədən çıxış edərək deyirəm.
- Müxalifətdə olan siyasi birlik və ya əməkdaşlıq çərçivələrinin əksərində KXCP-ni görmək olur. Belə olan təqdirdə KXCP müxalifətdə mövcud olan və ya formalaşmaqda olan hansı siyasi birliyə üstünlük verməyi nəzərdə tutur?
- Müxalifətdə fəaliyyət göstərən və yaradılması nəzərdə tutulan qurumlarda təmsil olunan partiyalar bizsiz belə indiyə qədər bir yerdə olublar. Məsələnin indiki vəziyyəti isə nədir? Düzdür, bizə qarşı müəyyən ittihamlar olub. Lakin bunları subyektiv hesab etmişik. Bu gün KXCP baş verənlərdən qətiyyən kənarda deyil. Bu gün KXCP İctimai Palatada öz nümayəndəsi ilə təmsil olunur. Digər tərəfdən isə İctimai Palata çərçivəsində müxalifətin inhisara alınmasının doğru olmadığını deyirik. Əvvəlcədən bildirmişik ki, bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Məsələn, necə yəni biz İctimai Palatada yoxuqsa, deməli müxalifət deyilik? Sonuncu addımımız isə Lalə Şövkət, Əli Əliyev və Əvəz Temirxanla apardığımız məsləhətləşmədir. Ötən gün isə ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirələr apardıq. Bu işlərin davamlı olacağını istəyirik. Düzdür, bir az ehtiyatlanıram. İndi də deyirəm, həmişə də demişəm ki, bu gün Azərbaycan üçün vahid güc mərkəzi olmalıdır. Hazırkı fəaliyyətimiz də əməkdaşlıq çərçivəsinin genişlənməsinə xidmət edir. Proseslərin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
- KXCP rəsmi qərarla İctimai Palatada təmsil olunduğu halda, bu partiyanın sədri həmin qurumun işində birbaşa iştirak etmir. Əvəzində isə müxalifətin digər birlikləri ilə sıx əlaqə saxlayır və hətta belə birliklərin yaradılmasına öz dəstəyini verir. Dediklərinizdən belə hesab etmək olarmı ki, KXCP müxalifətdə balanslı siyasətə üstünlük verir?
- Mənim İctimai Palatanın işində bilavasitə iştirak etməməyim daha geniş koalisiyanın yaradılmasına nail olmaq üçün idi. Əslində İctimai Palatada partiya olaraq KXCP-dən başqa rəsmi qərarla təmsil olunan partiya yoxdur. Qalan partiya rəhbərləri isə fərdi şəkildə təmsil olunur. Nə AXCP-nin, nə Müsavat Partiyasının belə bir qərarı yoxdur. Bunu ictimaiyyət bilməlidir. Mən sizin fikrinizlə razı deyiləm və bu siyasətin adı balanslaşdırılmış deyil. Bu siyasətin adı hamını bir yerdə görməkdir və əslində Elçibəyçilikdir. Rəsulzadə-Elçibəy yoluna sədaqət də budur. Dünənə qədər bunu bəyənməyənlər də var idi. Təəssüf ki, müxalifətdə olan hətta, Elçibəy hökumətində rəhbər vəzifədə olanlardan biri də bu sözü deyirdi. Bu siyasət dosta da, düşmənə də bir nümunədir.
- Bir neçə gün əvvəl Lalə Şövkət, Əli Əliyev və Əvəz Temirxanla apardığınız müzakirənin davamını necə görürsünüz?
- Bu görüş məsləhətləşmə xarakterli idi. Proseslə bağlı açıqlama isə birgə olacaq. Gələcəyi necə görməyimizdən asılı olmayaraq, bacardığımızı etməliyik. Alınacaqsa, yaxşı olacaq. Düzdür, Demokratiya Uğrunda İttifaqı yaradarkən də məqsədimiz bu idi. Lakin indiki vəziyyət fərqlidir. Azərbaycanın indiki vəziyyəti bizi bir yerdə olmağa məcbur edir. Şansımızın nə qədər olduğunu da indidən demək olmaz.
- İctimai Palatanın indiyə qədər olan fəaliyyətini necə qiymətləndirirsiniz?
- İctimai Palatanı arzuların gerçəkləşdirilməsi imkanı əldən buraxmış və tənqidi yaxına buraxmayan qurum hesab edirəm. Fikrimcə, bunu artıq demək mümkündür. Məsələn, biz iqtidarla bağlı danışarkən onları bütün formalarda tənqid edirik. Başladığımız proseslərlə bağlı bir dəfə deyirik, indi olmaz, qışdır və ya yazdır. Bəs bu nə vaxt alınacaq? Elçibəyin sağlığında bizim firqədaxili məsələlərimiz olanda məşhur atalar sözünü toplantılarımızda işlədirdik: “Uşaqdır, ağlı kəsmir, cavandır, beyni qandır, qocalıb, sayası gedib”. Bəs bunun ağıllı dövrü nə vaxt olacaq? Bu insanlar məsələləri doğru-dürüst yürütmürlər. Bəs Allaha nə cavab verəcəyik? Düzdür özlərinə deyilir, amma vəziyyət cəmiyyətə də izah olunmalıdır ki, insanlar aldadılmasınlar. Məgər baş verənlərin səbəbkarı bir tərəfdir? Biz haqq olanı deməliyik. Çətinliyimiz həm də ondadır ki, bəzilərinin xaricdən gələn səsə dırnaqarası həvəsi var. Demirəm ki, sözün əsl mənasında xaricdən. Daxildəki xarici də bura aid etmək olar. Ona görə də geniş miqyaslı əməkdaşlığa nail olmaq çətindir. 1998-də, 2003-də, 2005-də niyə nə isə əldə etmək olmadı? Ona görə ki, subyektiv iddialar ortaya qoyuldu. Məncə, zaman öz hökmünü diktə edəcək.

556