“Həlli uzadılmış münaqişə bütün GUAM ölkələrinin problemidir”
“Həlli uzadılmış münaqişə problemi təkcə Azərbaycanın deyil, bütün GUAM ölkələrinin problemidir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili Tiflisdə keçirilən GUAM ölkələri gənclərinin forumunda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu münaqişələrin özünəməxsus xüsusiyyətləri var: “Amma prinsipcə, onların ümumi cizgilərə malikdirlər. Bu münaqişələrə bizim ümumu baxışımız var. Biz 2006-cı il mayın 26-da GUAM ölkələrində münaqişələr barədə ümumi bəyannamə qəbul etmişik. Bu sənəddən istifadə edərək beynəlxalq təşkilatların platformalarında çıxışlar edirik. Bu münaqişələr mütləq beynəlxalq qanunlar və normalar əsasında, ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır. Biz beynəlxalq təşkilatlardan dəstək gözləyirik. İlk öncə bu dəstəyi BMT-dən gözləyirik. Çünki bizim bu təşkilatla birlikdə GUAM regionunda uzadılmış münaqişələr barədə qətnaməmiz mövcuddur. Biz həmişə beynəlxalq təhlükəsizliyə riayət etməklə diqqəti bu problemlərə yönəltməyə çalışırıq”.
GUAM-ın baş katibi qeyd edib ki, münaqişələrin həlli üçün müxtəlif mexanizmlər mövcuddur: “Moldovada bu mexanizm 5+2, Qarabağda Minsk Qrupu formatındadır, Gürcüstan məsələsində isə Cenevrə razılaşması var. GUAM konkret olaraq bu mexanizmlərdə iştirak etmir. Lakin münaqişələrin həllində iştirak edən ölkələr hələ öz imkanlarından sonadək istifadə etməyiblər. Elə başa düşürəm ki, münaqişələrin həllində qarşı tərəf də maraqlıdır. Biz öz istəyimizi səbirlə, dönmədən həyata keçirməli və beynəlxalq normalar əsasında onların həllinə nail olmalıyıq”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29