Ölüm hökmünün bərpası təklif olunur
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Lent.az-ın məlumatına görə, komitə sədri Əli Hüseynli iclasın gündəliyində Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin və AR Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin olduğunu bildirib.
Komitə sədri bildirib ki, qanun layihələri prezidentə təqdim olunub və Ali Məhkəmədə bununla bağlı İşçi Qrupu da yaradılıb. Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunub, ümumilikdə isə 101 maddədə dəyişiklik edilib. 3 maddənin isə sanksiyası dəyişdirilib, 2 maddə əlavə olunub. Dəyişiklər əsasən, azadlığın məhdudlaşdırılmasının çıxarılması, cərimə sanksiyasının gücləndirilməsi və s. ilə bağlıdır.
İclasda millət vəkili Qüdrət Həsənquliyev qanun layihəsinə ediləcək dəyişikliklərdə əsasən cinayətkarlığa qarşı mübarizədə kifayət qədər təcrübələri olmasını nəzərə alaraq, hüquq-mühafizə orqanlarının təkliflərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Millət vəkili dəyişikliklər zamanı Azərbaycanda Andlı İclaslar İnstitutunun yaradılmasını da təklif edib. Bir çox ölkədə bu institutun effektli fəaliyyətindən danışan Q.Həsənquliyev Azərbaycanda da vətəndaşların hüquqlarının təmin olunmasında bunun vacibliyini bildirib: “Əgər vətəndaşın məhkəmə sisteminə etibarı itirsə, onun işinə Andlı İclaslar İnstitutunda baxılması təmin olunmalıdır”.
Deputat təklif edib ki, məhkəmələrə işin maddəsindən asılı olaraq, cəza alan şəxsləri əfv hüququndan məhrum etmək səlahiyyətləri verilsin: “Elə cinayətkarlar var ki, onlar dəfələrlə əfv olunduqdan sonra cəmiyyətdə daha ağır fəsadlar törədirlər. Bir çox Avropa ölkəsində bu praktika mövcuddur. Məsələn, Macarıstanda həmyerlimiz Ramil Səfərov məhkəmənin qərarı ilə əfv hüququndan məhrum edilib. Bu maddə tətbiq olunduqda prezident belə onu bağışlaya bilməz”.
Q.Həsənquliyev bildirib ki, ümumiyyətlə mütəşəkkil cinayətkarlıq, zorlama, qəsdən adam öldürmə, az yaşlılara qarşı təcavüz və s. kimi hallara qarşı müddəalar xeyli sərtləşdirilməlidir.
Millət vəkili İlyas İsmayılov isə deyib ki, Avropa standartlarına cavab verilməsi prinsipi ilə Azərbaycan Cinayət Məcəlləsi xeyli yumşaldılıb. Bunun tərəfdarı olmadığını bildirən deputat təklif edib ki, məcəllədə dəyişikliklə edilən zaman ilk növbədə cəmiyyətin maraqları nəzərə alınmalıdır: “Bu yumşalmalara görə son dövrdə ölkədə zərər çəkən tərəflərin sayı artıb. Biz Avropaya inteqrasiya oluruqsa gözü bağlı olmamalıyıq”.
Məcəllədə dəyişiklik edilən zaman bu prinsipləri əsas tutan millət vəkili ölüm hökmünün vaxtı ilə məcəllədən çıxarılmasının indiyədək yaxşı nəticə vermədiyini və onun yenidən bərpa olunmasını təklif edib. O həmçinin qeyd edib ki, cərimələr tətbiqi müəyyən olunarkən elə etmək lazımdır ki, bu cəmiyyətin varlı təbəqəsi üçün təsirsiz olmasın.
Deputat Rəfail Cəbrayılov da cəza qanunlarının sərtləşməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili xüsusilə azadlığın məhdudlaşdırılmasının çıxarılmasını və onun sərt cərimə cəzaları ilə əvəzlənməsini təklif edib.
İclasda Ə.Hüseynli isə deyib ki, bu təkliflər nəzərə alınaraq, Ali Məhkəmədə fəaliyyət göstərən İşçi Qrupuna təqdim olunacaq. Hər iki qanun layihəsi müzakirələrdən sonra parlamentin növbəti iclasına tövsiyə olunub.
Mübariz Aslanov

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29