Prezidentlə görüşdə iştirak edən gənclər təəssüratlarını açıqlayıblar
22 aprel 2011 14:49 (UTC +04:00)

Prezidentlə görüşdə iştirak edən gənclər təəssüratlarını açıqlayıblar

Azərbaycan Respublikası Prezidenti ilə görüşdə iştirak edən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gəclərin Beynəlxalq Forumu – ASAİF-in sədri Orxan Əkbərov və “Caspian Engineers Society” (CES) sədri Rüfət Əzizov mətbuata açıqlamasında görüşlə bağlı təəssüratlarını bildiriblər.
Lent.az-ın verdiyi məlumata görə, Orxan Əkbərov deyib ki, çox konstruktiv keçən görüşdə prezident konkret məsələlərə toxunub, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” proqramının formal və yalnız kağız üzərində xarakterini daşımaması üçün gənclərinin hər birinin çalışmalı olduğunu bildirib.
Dövlət başçısı xaricdə təhsil alan və təhsilini bitirən azərbaycanlı gənclərin təhsillərini bitirdikdən sonra ölkənin inkişafında oynayacaqları roldan danışıb. Eyni zamanda xaricdə olan gənclərin hər zaman milli ruhda olmaları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin reallıqlarını dünya ictimaiyyətinə çatdırılmasına çalışmalı olduqlarını vurğulayıb.
Orxan Əkbərov görüşdə 3 təklif ilə çıxış edib. O qeyd edib ki, xaricdə təhsil alan tələbələr geri qayıtdıqdan sonra ölkənin təhsil səviyyəsinin qaldırılması istiqamətində işlər aparmalı, birbaşa pedoqoji fəaliyyətə cəlb olunmalıdırlar. ASAİF sədri Bakıda Beynəlxalq Gənclər Mərkəzinin inşasının da önəmli olduğunu dilə gətirib və prezident tərəfindən bununla bağlı müvafiq tapşırıqlar verilib. ASAİF sədri ölkədə Gənclər Fondunun yaradılmasını da təklif edib. O qeyd edib ki, bəzən gənclərin aktiv şəkildə qərar verilib həyata keçirilməli olan layihələr bürokratik əngəllərə ilişərək həyata keçirilə bilmir: “Verilən təkliflərin üçü də Prezident tərəfindən maraqla qarşılandı və qeydlər aparıldı”.
Rüfət Əzizov isə bildirib ki, prezidenti İlham Əliyevin “Azərbaycan gəncləri 2011-2015-ci illərdə” dövlət proqramının təsdiq olunması ilə bağlı verdiyi sərəncam bir daha dövlətin gənclərə verdiyi dəyərin göstəricisidir: “İctimai müzakirələrə prezident ilə başlamaq isə proqramın həqiqətən real nəticələr verəcəyindən xəbər verir. Görüşün səmimi və rahat ortamda keçməsi, gənclərin öz fikirlərin düzgün ifadə etməsinə və qarşılıqlı dialoqun baş verməsinə gətirib çıxardı. Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər. Mən bu görüşdə gənc peşəkar mühəndislərin təmsilçisi kimi ölkədə elmi-texnoloji inkişafın vacibliyin vurğuladım və bunun üçün müasir təcrübələrə yiyələnmiş milli kadrlara olan ehtiyacı qeyd etdim. Bu proqramda ölkənin yaxın illərdə elmi-texnoloji inkişafı ilə bağlı planlar başlıca yer tutmalıdır və geniş əhatə olunmalıdır. Bunu deməyə, inkişaf etmiş ölkələrin keçdikləri elmi-texniki tərəqqi yolu, hazırda ölkəmizdə neft sənayesinin geniş vüsət alması və bununla bağlı çoxlu sayda müasir mühəndislərə ehtiyac olması (mexanika, kimya, elektronika, cihaz, qazma), digər sənaye sahələrinin inkişaf etdirilməsi məqsədi (metallurgiya, qida, inşaat) və ən əsası isə post-neft dövründə neft ixracından bilgi-texnologiya inkişafı mərkəzinə çevrilmək üçün çox vacibdir”.

Rüfət Əzizov inkişaf etmiş ölkələrdə sənaye, təhsil və elmin inteqrasiyasında peşəkar mühəndislik qurumlarının çox mühüm rolu olduğunu söyləyib: “Bunun məntiqi nəticəsi isə mühəndislik sahələrində olan elmi araşdırmaların da beynəlxalq xarakter daşıyır. Qlobal elmi dünya ilə uzlaşmağın yolu isə əməkdaşlıq, birgə beynəlxalq layihələr, xarici jurnallarda məqalələrin çapı, konfranslarda aktiv iştirak, beynəlxalq elmi-texniki qurumların aparıcı üzvlərindən olmaqdan keçir. Sadalananları etmək üçün isə yeni nəsil, xarici dilləri bilən və müasir bilgilərə yiyələnmiş kadrlara ehtiyac böyükdür. Bu məqsədlə gənc mütəxəssislərimizin beynəlxalq elmi-texniki konfranslarda təmsili, qurumlarda rəhbər vəzifə tutmaları və həmin tədbirlərin özünün Azərbaycana gətirilməsi, ölkəni elmi-texnoloji mərkəzə çevrilməsi vacib olduğun hesab edirik. Bu kimi layihələrdə hazırda mədəniyyət və idman sahəsində yüksək səviyyədə görülür, lakin elmi-texniki sahələrə diqqət ayrılması daha vacibdir. Bu diqqəti göstərmək üçün isə ilk olaraq Azərbaycan Prezidentinin İllik Mükafatları təsis oluna bilər”.

Rüfət Əzizov qeyd etdiyi məsələlər barədə prezident ilə görüşdə danışıb: “Bütün məsələlərdə prezidentin dəstəyin aldıq. Prezidentimiz ölkəmizin inkişaf strategiyasını xatırladaraq, müasir gənc peşəkar kadrların hazırlanmasının çox vacib olduğun vurğuladı. Bunun üçün xaricə təhsil almaq üçün göndərilməklə yanaşı, Azərbaycanın təhsil sistemində də yeniliklərə ehtiyac olduğun qeyd etdi. Yaradıcı gənclərin ortaya çıxarılması ilə bağlı tədbirlərin mühüm olduğun bildirərək, bu istiqamətdə tədbirlərin dövlət proqramına salınması üçün göstəriş verdi. Elmi-texniki sahələrdə gənclərimizə daha çox dəyər verilməsin dəstəkləyərək, idmanda və ya mədəniyyət sahəsində uğur əldə etmiş gənclərə olan diqqətin elmi-texniki nəaliyyətlər əldə etmiş gənclərə qarşı da olması üçün proqrama təkliflərin daxil edilməsinə göstəriş verdi. Gənclərə Azərbaycan Prezidentinin İllik mükafatlarının verilməsi təklifi də prezident tərəfindən müsbət qarşılandı və proqrama salınmasın tapşırdı. Qarşılıqlı müzakirələr və əməli təkliflər üzərində qurulmuş görüşün çox məhsuldar keçdiyin hesab edirəm və qısa zamanda müsbət nəticələr verəcəyinə əminəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1297

Oxşar yazılar