Xankəndinə uçan təyyarələr necə məhv ediləcək? - ARAŞDIRMA
Azərbaycan tərəfinin bəyanatlarından sonra “texniki səbəbləri” bəhanə edərək Xankəndi aeroportunun açılışının təxirə salındığını açıqlayan Ermənistan tərəfi və Dağlıq Qarabağ separatçıları ötən həftə daha bir bəyanat verərək açılışı yaya keçirdiklərini açıqladılar. Ermənilərin bu açıqlamalarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və aeroport üçün icazənin Azərbaycan tərəfindən verilməsi ilə bağlı bəyanatından sonra səslənməsi İrəvanın beynəlxalq hüquqa hörmət etmədiyini göstərdi.
Hələ ki, Azərbaycanın işğal olunmuş ərazilərinin hava məkanında “söz atışmaları” davam edir. Prosesin nə ilə, hansı acı sonluqla nəticələnəcəyi isə hələlik bəlli deyil. Bəlli olanı isə budur ki, artıq ATƏT və İCAO kimi beynəlxalq təşkilatlar regionda yeni problemin ortaya çıxacağından ehtiyatlandıqlarını ifadə etməyə başlayıblar. Hansı ki, bu problem bölgədə gedən sürətlə silahlanmanın fonunda yeni müharibənin yaranması deməkdir. Maraqlısı odur ki, hər zaman belə məsələlərdə İrəvanın yanında olan beynəlxalq təşkilatların bu dəfə rəsmi Bakının ortaya qoyduğu arqumentlər qarşısında aciz qaldığı da göründü. Hansı ki, bu beynəlxalq təşkilatlar Şimali Kipr məsələsində Azərbaycanın indi tutduğu mövqedə dayanmış, bunu qeyri-qanuni saymışdılar. İkinci tərəfdən isə həmin təşkilatların bir vaxtlar Azərbaycanın erməni təyyarələrinə qarşı güc tətbiq edəcəyinə əsas verən milli qanunvericilik aktlarına özlərinin rəy verməsidir.
Hava terrorçuları
Rəsmi Bakını öz hüquqi – “halal” ərazisində sərhədi pozan təyyarələrə qarşı həyata keçirəcəyi fiziki məhvetmə tədbirlərinə görə az qala terrorçu kimi təqdim edən Ermənistan yaxın tarixdə hava terrorunda bəlkə də dünyada rekord göstəricini müəyyənləşdirib. 1988-ci ildə Spitak zəlzələsi zamanı yardıma gedən Azərbaycan təyyarəsinin vurulması, sonrakı dövrlərdə mülki təyyarə və helikopterlərə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş məhvetmə tədbirlərinə dair çoxlu sayda misal göstərmək olar. Hətta iş o yerə çatıb ki ermənilərin bu siyahısına nəinki Azərbaycan, eləcə də İran və Rusiyanın hava nəqliyyat vasitələri də məruz qalıb. 1991-ci ilin noyabr ayının 20-də Azərbaycanın dövlət və hökumət rəsmilərini (22 nəfəri) daşıyan “Mi-8” helikopterinin Qarabağ səmasında - Qarakənd yaxınlığında vurulması bu terrorun nümunələri arasında xüsusi yer alır. Döyüş əməliyyatlarına cəlb olunmuş hərbi helikopter və təyyarələri nəzərə almasaq ermənilərin vurduqları hava aparatlarını belə sadalamaq olar:
1989-cu il. Kəlbəcər rayonu üzərində Sovet ordusunun Azərbaycanda yerləşən hərbi hissələrindən birinə məxsus “Mi-8” nəqliyyat helikopteri “Krunk” təşkilatının üzvləri tərəfindən vurulub. Hadisə zamanı 8 nəfər həlak olub.
1992-ci il: yanvar-fevral ayları Şuşa və Xocalıya uçuş edən Azərbaycan Dövlət Aviasiya Konserninin (Azal) mülki helikopterləri də tez tez atəşə tutulub. 1992-ci il yanvarın 28-də “Azal”a məxsus “Mi-8” helikopteri Şuşaya yenərkən ermənilər tərəfindən daşınar zenit-raket kompleksi ilə vurulub və hadisə zamanı helikopterdəki 30 nəfər həlak olub.
1992-ci ilin fevral ayında “Azal”ın sərnişinlərlə dolu helikopteri Ağdam yaxınlığında atəşə tutulub. Pilotlar manevr edərək bir “Mi-8” helikopterini xilas etsələr də, ikinci helikopterin sükan vinti zədələnib. Nəticədə sıradan çıxan helikopter Ağdama qəza enişi edib.
1992-ci il may ayının 12-də ermənilər Naxçıvan - Vaziani (Gürcüstan) marşrutu üzrə 2 min metr yüksəklikdə uçan, içərisində azərbaycanlılar və ruslar olan 1 ədəd “Mi-26” helikopterini vurub. Nəticədə 3 ekipaj üzvü və 6 sərnişin həlak olub.
İranlı diplomatları daşıyan İran HHQ-yə məxsus “C-130 Hercules” təyyarəsinin ermənilər tərəfindən vurulması nəticəsində 19 sərnişin, o cümlədən 7 diplomat həlak olub.
Ümumilikdə 1988-1994-cü illərdə ermənilər tərəfindən vurulmuş helikopterlərdən 5-də mülki şəxslər, hərbçilər və onların ailə üzvlərindən ibarət sərnişinlər olub. Eyni zamanda bir nəqliyyat helikopteri zədələnib. Qeyd edək ki, ermənilərin “qəhrəmanlıqları” bununla bitmir. Onların adları bir sıra ölkələrdə mülki təyyarələrin qaçırılması olaylarında da hallanır.
Ermənistandan hava maneələri
Azərbaycanın mülki pilotlarının sözlərinə görə, hazırda Azərbaycan Hava Yollarına məxsus mülki təyyarələr Türkiyə və Naxçıvan Muxtar Respublikasına uçuşlarda Ermənistanın üzərindəki (9-11 km yüksəklikdə) beynəlxalq uçuşlara icazə verilmiş dəhlizdən istifadə edir. Lent.az-ın məlumatına görə, Ermənistan tərəfi martın 16-da Azərbaycan tərəfinin bəyanatlarının ardınca bəzi əks-hücum xarakterli addımlar atmağa çalışır. Xüsusilə də Azərbaycan üçün bu dəhlizi qapadacağını bəyan edir.
Azərbaycanın mülki aviasiyasında çalışan pilotların Lent.az-a verdikləri məlumata görə, son vaxtlar ermənilər tərəfindən Azərbaycan təyyarələrinə yerdən bəzi maneələr - havaçıların dili ilə desək “pomex”lər yaradılır. Aviasiya mütəxəssislərinin sözlərinə görə, yerdən radiolokasiya vasitələri və xüsusi radioelektron qarışdırıcılar vasitəsi ilə təyyarələrin avionik sistemlərinə, rabitə sistemlərinə, radarına müdaxilə xarakterli təsirlər göstərilir. Bu maneələrin dəf edilməsi pilotlardan xüsusi bacarıq və istedad tələb edir. Əks halda həmin “pomex”lərin təyyarə qəzasına yol açması da istisna deyil.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanın bu tranzit dəhlizi bağlayacağı təqdirdə alternativ yol olaraq İran və Gürcüstan hava məkanından istifadə edəcəyini bəyan edib. Hansı ki, Türk Hava Yolları Bakıya uçuşlarda Gürcüstan hava məkanından yararlanır. Belə olan təqdirdə, alternativ addım olaraq, Azərbaycanın da öz hava məkanını Ermənistan təyyarələrinə bağlaması mümkün variantdır və rəsmi Bakı bu variantın tətbiqini istisna etmir. Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda Ermənistandan Rusiyaya və Mərkəzi Asiya bölgəsinə uçan sərnişin təyyarələri Azərbaycanın hava məkanı üzərindəki tranzit dəhlizdən istifadə edir. Gürcüstanın hava məkanı bağlı olduğundan Rusiya uçuşlarını Ermənistan əsasən Gəncə üzərindən keçməklə gerçəkləşdirməkdədir. Azərbaycan və Bakıya dəstək olaraq Türkiyənin hava məkanını Ermənistana bağlaması ermənilərin tək Rusiyaya uçuşlarda bir neçə min kilometr (İran-Türkmənistan-Qazaxıstan üzərindən) əlavə yol qət etməsi ilə nəticələnəcək. Bu isə artıq qurudan təcrid olunmuş Ermənistanın (İran tərəfi istisna olmaqla) tam blokadası deməkdir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, Azərbaycan və Türkiyə arasında imzalanmış havaçılıq sazişlərində belə bir məsələ öz hüquqi təsdiqini tapıb. Hazırda Azərbaycan torpaqlarını işğal etdiyinə görə quru sərhədlərini ermənilərə bağlayan Türkiyə atəşkəs imzalanandan sonra hava məkanını “Ermənistanın haq yoluna gələcəyi”nə inanaraq bağlamayıb.
Beynəlxalq hüquq imkan verir, texniki imkan da var
ADMAA direktoru Arif Məmmədovun açıqlamasının ardınca, Müdafiə Nazirliyinin cəbhə bölgəsində döyüş təyyarələrinin iştirakı ilə keçirdiyi son təlimə yüngül hərbi aviasiya da cəlb olundu. Qeyd edək ki, son bir neçə ildə cəbhə xəttində mütəmadi uçuşlar keçirən Azərbaycan təyyarələri bəzən özlərini cəbhə xəttinin xeyli dərinliyinə daxil olmaqla da sübuta yetirirlər. Ekspertlərin fikrincə, əsasən “Su-25” markalı təyyarələrin təlimə cəlbi özü bunu göstərir. Çünki Azərbaycan Qarabağ məkanında təyyarələrin çıxarılması və hökumətin nəzarətindəki hava limanlarına endirilməsi üçün böyük ehtimalla bu təyyarələrdən istifadə edəcək.
“Xankəndi aeroportu Xocalı ərazisində yerləşir. Bu aeroporta enmək və ya buradan uçmaq üçün mülki təyyarələr xeyli dövrə vurmalıdırlar ki, belə olan halda həmin təyyarələr cəbhə xəttinə daha da yaxınlaşmış olacaqlar. Bu da Azərbaycan təyyarələri və HHM sistemi üçün əlverişli məqamdır” - deyə, adının açıqlanmasını istəməyən pilotlarından biri Lent.az-a bildirib.
Ekspertlər hesab edirlər ki, Azərbaycan ermənilərin təyyarəsini vurmaqla məhv etməyi son variant kimi nəzərdən keçirə bilər. Buna beynəlxalq konvensiyalar və Azərbaycanın qanunvericiliyi imkan verir. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi, bu qanunvericilik aktları qəbul edilən zaman o sənədlərə İCAO-nun ekspertləri rəy veriblər.
“Amma böyük ehtimalla Xankəndinə uçan təyyarələrin tutulması – zəbti həyata keçirilə bilər ki, bu da ən real və mümkün variantlardandır” – deyə, Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin aviasiya və kosmik məsələlər üzrə eksperti İlbar Abdulov bildirir.
Ekspertin sözlərinə görə, dünya təcrübəsində təyyarələrin (tipindən və xarakteristikasından asılı olmayaraq) endirilməsi və zəbtində bir metoddan istifadə olunur. Bu metodda düşmən təyyarəsi sağ, sol, alt və üst hissədə olmaqla 4 qırıcı-tutucu təyyarə ilə əhatələnir və ona “X” hava limanına enməsi əmr olunur. Havada mühasirədə olan bu təyyarənin təbii ki, əmrə riayət eləməkdən başqa çarəsi qalmır. Mülki təyyarəni əhatələyən qırıcı-tutuculara təbii ki belə olan halda yerdən heç bir səs və istiliklə hədəfi müəyyənləşdirən raket atmaq mümkün deyil. Yüksəklik həddi isə ZU-23 zenit pulemyotlarının, eləcə də öz təyyarəni vurma ehtimalı zenit topların istifadəsini mümkünsüz edir. Atəş altında qalan yüksək manevrli qırıcı təyyarələrin mümkün texniki imkanlardan istifadə edərək səs və istilik raketlərindən yayınması mümkündür. Belə olan halda düşmən manevr qabiliyyəti və yayınma texnologiyalarına malik olmayan öz təyyarəsini vurmuş olur.
Ekspertlərin fikrincə, ikinci metod kontaktsız məhvetmədir. Hərbi güc tətbiq etmədən dağlıq relyef üzərində təyyarələrin radioelektron hücumlarla fiziki məhvidir. Hansı ki bunlar müasir radiolokasiya sistemlərinin texniki imkanları daxilindədir.
Rəşad

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29