Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri Bakıda görüşləri davam etdirirlər
24 fevral 2011 18:58 (UTC +04:00)

Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri Bakıda görüşləri davam etdirirlər

Fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri fevralın 24-də də davam edib. Bu gün səhər saatlarında BMİ rəsmiləri hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüblər. E.Fətullayev qonaqlara oğlunun həbs olunması səbəbindən, jurnalistin hazırkı hüquqi və mənəvi-psixoloji vəziyyəti barədə məlumat verib. A.B.Mckenzi və A.Milz E.Fətullayevin azadlığa çıxması üçün imkanlarını səfərbər edib mümkün olan bütün işləri görəcəklərini deyiblər. E.Fətullayev vaxt ayırıb onunla görüşdükləri üçün BMİ rəsmilərinə öz təşəkkürünü bildirib.

Bundan sonra qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Onları BSU-nin dekanı İbrahim Paşa qəbul edib. Görüşdə BSU-nin jurnalistika kafedrasını rəhbəri, tanınmış telejurnalist Etibar Babayev, Avropa Şurasının “Azərbaycanda Jurnalsitika Təhsilinin İnkişafına Dəstək” layihəsinin rəhbəri Aynur Bəşirli də iştirak edib. İ.Paşa BSU-nin yaranmasından, mövcud təhsil sistemindən və əldə olunan uğurlardan danışıb. A.B.Mckenzi BMİ-nin mandatından söz açaraq bütün xarici ölkə səfərlərində jurnalistlərin təhsil aldığı təhsil ocaqlarına baş çəkdiklərini bildirib. Xanım Alison deyib ki, gələcəkdə Azərbaycanla reallaşdıracaqları layihələrdə BSU-i ilə də əməkdaşlıq edə bilərlər.

Axşam isə A.B.Mckenzi “Azadlıq” radiosunda “İşdən sonra” verilişinin qonağı olub.

Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa müşayiət edib.

Fevralın 25-də qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə İnkişafına Dəstək Fondunda olacaqlar. Onlar Fondun icraçı direktor Səfərli Vüqar və Fonun Müşahidə Şurasının üzvləri ilə görüşəcəklər. Saat 11-00 - da səfər təəssüratları və keçirdikləri görüşlərin nəticələri ilə bağlı onlar Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın əksər ölkələrində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində 20 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar