Milli Məclisin üzvü: “Müdafiə Nazirliyi yeganə qurumdur ki...”
22 fevral 2011 14:51 (UTC +04:00)

Milli Məclisin üzvü: “Müdafiə Nazirliyi yeganə qurumdur ki...”

Birinci növbədə biz düşünməliyik ki, bu hadisələr nədən baş verir? Dövlətin orduya çəkdiyi xərc büdcənin üçdə birini təşkil edir. Azərbaycan Silahlı Qüvvələrində 100 minə qədər hərbi qulluqçu çalışırsa, bu əhalinin cəmi 1,1%-i təşkil edir. Büdcənin beşdə biri o deməkdir ki, bu sferada sosial şərait, əsgər-zabit əlaqələri hüquqi müstəvidə olmalıdır. Dövlət başçısının da ənənəvi siyasəti budur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, müdafiə naziri hadisə baş vermiş hərbi hissəyə getməlidir, oradakı daxili şəraitlə yaxından tanış olmalıdır: “Bu hadisə ilə bağlı söz deməmək o anlama gəlir ki, cəmiyyətdə narahatlıqlar artmış olur. Hərbi hissələrdə şərait yaratmaq lazımdır ki, hər bir əsgər özünü Mübariz İbrahimov kimi göstərə bilsin. Yoxsa ki hansısa bir səbəblərdən münasibətlərini bu cür insidentlərlə nəticələnəcək halda tənzimləməsinlər. Son 6 ildə cəbhə bölgələrində, orduda həyatını itirən insanların sayı 500-ə qədərdir. Onlardan 300-ü qeyri-hərbi döyüş itkiləridir. Demək ki, bu şəraiti biz göz önünə almalıyıq. Hərbi prokurorluq bununla bağlı açıqlama verdi ki, əvvəllər də belə bir insidentlə bağlı cəzalar veriblər. Lakin burada tək hər hansı bir hərbi hissədə aparılan tədbirlərdən söhbət getmir. Demək ki, bu məsələdə başqa Azərbaycan cəmiyyətinə, mediasına sızan informasiyalar tam ciddiyə alınır. Bütün hərbi sistemdə bu məsələləri elə tamamlamaq lazımdır ki, Ali Baş Komandanın orduya yönəltdiyi xərclər, təhlükəsizliyi üçün atdığı addımlar real hərbi gücə çevrilsin. Bu maliyyə vəsaitləri real hərbi anlam daşımalı olsun. Başlıca məsələ budur. Azərbaycan əhalisinin 99% üçün büdcənin 80%-i nəzərdə tutulub. Azərbaycan Ordusunun heyəti əhalimizin 1,1%-ni təşkil edir. Bu 1.1 faiz üçün Azərbaycan büdcəsinin 20%-i ayrılıb. Dövlətin orduya münasibəti bunda özünü ifadə edir. Bu halda bu vəsaitlər daha yüksək təminatlı ordumuz olmasına əsas verir, bütün məsələlər şəffaf olmalıdır. Müdafiə Nazirliyi prezidentin 2011-ci ilə yönəlik, xüsusilə də korrupsiya və rüşvət hallarına qarşı tədbirlərlə bağlı tapşırıqlarını hələ də müzakirə etməyən yeganə qurumdu”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar