“Dağlıq Qarabağ münaqişəsi regionda potensial qaynar nöqtədir”
“Dağlıq Qarabağ münaqişəsi regionda potensial qaynar nöqtədir”.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu fikirlər ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepperə (James Clapper) məxsusdur. Klepper ötən həftə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində çıxış edib, amma onun çıxışı ictimaiyyətə bu gün açıqlanıb.
Dinləmələr zamanı Klepper Qafqazda həll olunmamış münaqişələr məsələsini qaldırıb və bu münaqişələri Avrasiya regionunun potensial qaynar nöqtələri adlandırıb.
“Azərbaycan hökuməti Türkiyə-Ermənistan yaxınlaşması prosesinin dayandırılmasından məmnun kimi görünür, amma Bakı Ermənistanın hesabına Qərbin diqqətini Azərbaycanın maraqlarına yönəltmək niyyətindədir. Tərəflər arasında etimadın olmaması və ritorikanın çoxalması, həmçinin ötən yay təmas xətti boyunca atışmaların davam etməsi kiçik miqyaslı hərbi əməliyyatlar riskini artırır və bu da vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”.
Regional münaqişələr barədə danışan Klepper bildirib ki, Moskvanın regionda hərbi iştirakı və Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələri ilə siyasi-iqtisadi əlaqələri və Gürcüstanın bu status-kvo ilə razılaşmaması gərginliyi artıran səbəblərdəndir.
“Rusiyanın Şimali Qafqaz bölgələrindəki etnik qruplarla münasibət qurmaq üçün Gürcüstanın göstərdiyi ictimai səylər də gərginlik yaradır. Gürcüstanın yeni Konstitusiyası 2013-cü il prezident seçkilərindən sonra baş nazirin statusunu möhkəmlədəcək. Prezident Saakaşvili gələcək planlarını açıqlamayıb, amma yeni Konstitusiyaya əsasən onun gələcəkdə baş nazir kimi fəaliyyət göstərmək imkanı var”.
Klepperin sözlərinə görə, ABŞ Əfqanıstandakı əməliyyatlarda Mərkəzi Asiyanın dəstəyinə arxayın olduqca, regionun siyasi və sosial sabitliyi daha da mühüm xarakter alır.
Regionda qlobal enerji təhlükəsizliyi çağırışlarına gəldikdə isə, Klepper bildirib ki, neft bazarının tarazlığı 2010-cu ildə hamar olmayıb.
“Bir çox yerlərdə, o cümlədən yeni və sürətlə genişlənməkdə olan regionlarda daxili ehtiyatlar hesabına təbii qaz istehsalı artır. Texnoloji nailiyyətlər ABŞ-da şist qazı istehsalını artırıb və bu da ABŞ sıxılmış təbii qaz bazarının Avropaya, Çinə və digər qaz idxalçıları şəbəkəsinə yol açmasına imkan yaradır. Hətta böyük qaz ehtiyatları olan ölkələrin, Mərkəzi Asiya, xüsusilə də Azərbaycan və Türkmənistan kimi açıq dənizə çıxışı olmayan ölkələrin kəmərlə daşıma problemi var”
Dinləmələr zamanı Klepper nüvə silahının yayılmasını da ABŞ və müttəfiqləri üçün böyük təhlükə adlandırıb və Şimali Koreya və İranı bu xüsusda əsas təhlükə mənbəyi kimi qeyd edib. Klepperin hesabatı qlobal vəziyyətin ABŞ kəşfiyyat idarələri tərəfindən illik qiymətləndirilməsinin bir hissəsidir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta və Federal Təhqiqat Bürosunun direktoru Robert Müllerin də Konqres qarşısında hesabat verəcəyi gözlənilir.

532