Nazim Məmmədov od püskürdü
Bir neçə şəxsi avtomobili olan millət vəkili deyir ki, deputatların avtomobillə təmin edilməsi zəruridir
“Mən hesab edirəm ki, indiki böhran şəraitində büdcə xərclərinə çox diqqətlə yanaşmaq lazımdır. Səhmlərinin 100%-i dövlətə məxsus olan müxtəlif səhmdar cəmiyyətlər var, hansı ki, heç bir iqtisadi fəaliyyəti yoxdur. Bunların fəaliyyəti ancaq ondan ibarətdir ki, İdarə Heyəti sədrləri, müavinlərinə və digər müxtəlif üzvlərinə maaş verir. Təbii ki, bu da dövlət hesabına olur. Həmin səhmdar cəmiyyətlər əmlaklarını icarəyə verir, həmçinin bu və ya digər şəkildə səmərəsiz istifadə edir. Həm də kredit götürərək borclar yaratmaqla məşğuldur. Səhmdar cəmiyyətlərin idarəolunması təkmilləşməlidir və onlar özəlləşməyə açılmalıdır. Özəlləşmədən daxil olan vəsait hesabına dövlət büdcəsinin kəsiri ödənilməlidir”.
Bunu Lent.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Nazim Məmmədov deyib. O, deputatların avtomobillə təmin olunmasını zəruri saydığını deyib: “Müxtəlif millət vəkilləri, o cümlədən iqtidar, müxalifətdən olan və bitərəf deputatları bu məsələni dəfələrlə səsləndiriblər. Bu fikir səslənəndə həmişə deyilirdi ki, büdcənin imkanı yoxdur, deyin görək? hansı maddədən götürüb hansı maddəyə qoyaq. Bu baxımdan, mən hamının orda-burda dediyi fikri Milli Məclisin iclasında səsləndirmişəm. Təklif edirəm ki, həmin dövlət müəssisələrinin saxlanılmasına, o cümlədən avtomobillərinə, dəbdəbəli həyat sürmələrinə xərclənən dövlət vəsaitlərinin bir hissəsini iqtisadi fəaliyyətə yönəltmək, digər cüzi bir hissəsini isə deputatların avtomobillə təmin olunmasına yönəltmək olar. Bunu heç ajiotaja çevirmək lazım deyil”.
Deputat özünün bir neçə şəxsi avtomobilinin olduğunu əlavə edib.
N.Məmmədov hesab edir ki, hökumət bu fikirlərdən nəticə çıxarmalıdır: “Deputatın avtomobillə təmin olunması onun həm təhlükəsizliyi, həm də prestiji baxımından əhəmiyyətlidir. Əfsus ki, icra və məhkəmə hakimiyyəti də digər orqanların üçüncü-beşinci dərəcəli məmurları da avtomobillə təmin olunublar. Bunu mənə iqtidar deputatları ikili görüşlərdə danışırlar. Həmin adamlar xidməti maşınla təmin olunublar, dövlətin resurslarından şəxsi malı kimi istifadə edirlər. Cəmiyyətdə də belə bir fikir formalaşdırılıb ki, guya deputat nəyisə tələb edəndə bunu özünün maddi rifahının yaxşılaşdırması üçün edir. Mən bir neçə dəfə müxalifət deputatları ilə debatda olmuşam. Debat keçirilən yerdən çıxandan sonra mən həmin deputatları özümün şəxsi maşınımla gedəcəkləri yerə aparmışam”.
N.Məmmədov hökumət üzvlərinin Milli Məclisin noyabrın 10-da keçirilən iclasını yarımçıq tərk etdiklərinə təəssüfləndiyini bildirib: “Bu bir daha hökumətin Milli Məclisə adekvat olmayan münasibətindən irəli gəlir”.
N.Məmmədov səhmdarı olduğu “Avtoqarant” ASC barədə də danışıb: “Mən deputat seçilənə qədər həmin ASC-nin səhmlərinin 30%-ini açıq hərrac yolu ilə almışam. “Avtorant”la bağlı məsələdə 110 nəfər səhmdarın hüququnu qorumaq üçün müvafiq addımları atıram”.
Deputat “Avtoqarant” ASC ətrafında gedən mübahisələr barədə isə bunları deyib: “ASC ətrafında mətbuata ötürülən xəbərlərdə əslində qarşı tərəfin mövqeyi sərgilənib. Qarşı tərəf səhmdar Ədalət Bağırovdur. O, Mülki Məcəllənin müvafiq maddələrinə zidd olaraq, ASC İdarə Heyətinin sədri seçdirilib. Məhkəmə Ədalət Bağırov və Elmar Musayevin İdarə Heyətinin sədri kimi fəaliyyətinə xitam verib. Məhkəmə qətnaməsinə görə, onlar ASC-nin möhürünü də İdarə Heyətinə qaytarmalıdır. Ancaq buna baxmayaraq, onlar mühafizə xidməti göstərən bir neçə şirkətlə müqavilə bağlayıblar. Həmin şirkətlərin əksəriyyəti isə lisenziya almadan qanunsuz fəaliyyət göstərir. Şirkətlərdən təkcə birinin adını bilirəm. Bu, “Vaqif SS” şirkətidir. Onun rəhbəri Rusiya vətəndaşı və əvvəllər məhkum olunmuş şəxsdir. Şirkət rəhbərinin ətrafında olan digər adamlar da əvvəllər məhkum olanlardır. Oktyabrın 6-da və 12-də müəssisəyə hücum çəkmişdilər. Əfsus ki, ikinci hadisə zamanı ağır xəsarət almış adamı tutublar, xəsarət yetirmiş və yüngül xəsarət alan şəxslər azadlıqdadır. ASC-də baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları istintaq aparılır, ortada cinayət işi var. Ancaq yerlərdə hüquq-mühafizə orqanları müəyyən insanların maraqları çərçivəsində yumşaqlıq nümayiş etdirilir. Bu da cəmiyyətin bir problemidir”.
Araz

528