YAP siyasi partiyaların təkrar qeydiyyatını təklif edir
Bunu APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, təklif olunan birinci blok partiyaların hüquqi təsnifatı, yəni, onların yenidən qeydiyyata alınması ilə bağlıdır: “Bu, qanunda əksini tapsa, yaxşı olar. Hesab edirik ki, partiyaların təkrar qeydiyyatı prosesinə baxılmalıdır. Çünki partiyaların hətta ticarət, alış-veriş obyektinə çevrilməsi halları da olub. Məsələn, bir adam 1991, 1992-ci ildə partiya yaradıb. Başqa birisi gəlib o partiyanı alıb sədri olub. Azərbaycanda bu cür hallar olub, buna onlarla misal çəkə bilərəm. Hesab edirik ki, hər hansı siyasi partiya seçicilərin - hazırda seçicilərin sayı təxminən 5 milyondur - 0,1 faizinin, yəni 5 mininin imzasını yığıb təqdim edirsə, qeydiyyata alına bilər. Başqa dövlətlərdə bu təcrübə mürəkkəbdir, biz daha asan variant təklif edirik. Məsələn, Ukraynada həmin imzaların hansı şəhərdən nə qədər toplanılması kimi şərtlər də var. Biz isə imzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanmasını təklif edirik. Çünki partiya bir kəndi, yaxud bir şəhəri deyil, ölkəni təmsil edir. Belə məhdudiyyət olmasa, sabah bir kənd, ya qəsəbə durub deyər ki, imza toplamışıq, partiya yaradırıq”.
S. Novruzov bildirib ki, YAP-ın təkliflərinin ikinci hissəsi dünya praktikasına əsasən, bir neçə il fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğv olunmasından ibarətdir: “Üçüncü məsələ isə partiyaların maliyyələşməsi ilə bağlıdır. Biz maliyyələşmə ilə bağlı üç şkala təklifini irəli sürmüşük. Bəzi partiyalar maliyyə yardımını bir, bəziləri iki, bəziləri isə üç şkala üzrə alacaq. Belə ki, dövlət qeydiyyatından keçən partiyaların hamısına maliyyə yardımı ayrılması nəzərdə tutulub - bu, birinci şkaladır. İkinci şkalada parlament seçkilərində iştirak edib aldığı səslərin miqdarı, üçüncü şkalada isə parlamentdə qazanılan yerlərin sayı götürülür. Bu, çox ədalətli üsuldur. Bunun üçün isə əvvəlcə qanunun qəbulu, sonra isə partiyaların qeydiyyata alınmasına başlamaq lazımdır. Yəni, hazırda dövlət qeydiyyatına alınmış partiyalar da yenidən qeydiyyata alınmalıdır”.
Xatırladaq ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqında” qanun 1992-ci ildə qəbul olunub.

801