AP üzvü: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq” – MÜSAHİBƏ
Avropa Parlamentinin Almaniyadan olan deputatı Yoahim Zellerin APA-ya müsahibəsi
- Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlıq hansı səviyyədədir və siz bu əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Biz Avropa Birliyinin hüdudlarından kənarda yerləşən, amma Avropaya aid olan ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Azərbaycan regionda və Qafqazda çox mühüm ölkədir. Buna görə də Azərbaycanla yaxşı əlaqələr qurmaq bizim üçün vacibdir.
- Azərbaycanın Avropaya inteqrasiyasını və bu istiqamətdə atdığı addımları necə qiymətləndirirsiniz?
- Biz bunu çox yüksək qiymətləndiririk. Məncə sovet dövründən sonra Azərbaycanın da qarşısında uzun yol var. Mən belə fikirləşirəm və ümid edirəm ki, Azərbaycan hökuməti və xalqı öz məqsədinə çatacaq.
- Bildiyiniz kimi, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu ərazi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Öncə bu işğal haqqında fikrinizi bilmək istərdik. Sizcə Avropa Parlamenti münaqişənin həlli üçün nələr edə bilər?
- Bilirəm ki, təkcə Avropa Parlamentinin deyil, BMT Baş Assambleyasının da bu barədə qətnamələri var. Ümid edirəm ki, Avropa Birliyinin tərəfdaşları olan Ermənistan və Azərbaycan problemin beynəlxalq hüquqa əsaslanan sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və qondarma hökumət tərəfindən zəbt olunub. Amma biz onu da etiraf etməliyik ki, Dağlıq Qarabağda həm də ermənilər yaşayır. Tərəflər bir-birinin hüquqlarına hörmət etməlidirlər. Münaqişə dinc yolla həll olunmalıdır. Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramının bütün iştirakçıları ilə əməkdaşlıqda maraqlıdır. Bu münaqişə Azərbaycan və Ermənistanla yaxşı münasibətlər yaratmaq yolunda qarşımızda duran böyük əngəldir.
- Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bütün üzv dövlətlər bu fakta hörmət edirlər. Amma bəzi ikili standartlar var. Bu barədə nə fikirləşirsiniz?
- Lissabon müqaviləsindən sonra Avropa Birliyinin xarici məsələlər üzrə ümumi xidməti var. Bu xidmət yaranma mərhələsindədir. Azərbaycan etibarlı yoldadır və biz Azərbaycanın öz müqəddəratını təyin edən ölkə olmasında maraqlıyıq. O, gələcəyə aparan yolu özü müəyyən etməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

741