“Müxalifətçilər 20 Yanvar şəhidlərinin ziyarətini siyasi aksiyaya çevirmək istəyirdilər” – MÜSAHİBƏ
- Bu gün Bakıda ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət necədir?
- Bu gün Bakıya tez-tez yüksək səviyyəli qonaqlar gəlir, ildə bir neçə dəfə beynəlxalq tədbirlər, dünya miqyaslı görüşlər və idman yarışları keçirilir. Bu tədbirlər zamanı əmin-amanlığı təmin etmək, qanunçuluğu qorumaq polisin xidməti vəzifəsidir. Bu gün ölkənin hər yerində olduğu kimi Bakıda da ictimai-siyasi sabitlik, əmin-amanlıq hökm sürməkdədir. Deməli, Daxili İşlər Nazirliyinin bütün strukturları kimi, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi də öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gəlir.
- Ötən il paytaxtda ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində hansı işlər görülüb?
- 2010-cu ildə paytaxtda ictimai asayişin mühafizəsi və əmin-amanlığın təmin edilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla, vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən qanunsuz keçirilməsinə cəhd göstərilən 14 aksiyanın qarşısı alınıb, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 119 mərasimdə nümunəvi ictimai asayiş təmin olunub.
- Son günlər 20 Yanvar faciəsinin 21-ci ildönümü günü Müsavat başqanı İsa Qəmbərlə polis əməkdaşı arasında olan mübahisə mətbuatın gündəmindədir. Əslində nə baş verib?
- 20 Yanvar bizim xalqımızın faciəli günlərindən biridir. Həmin gün on minlərlə insan-xarici diplomatik missiyaların nümayəndələri, şəhərimizin qonaqları, ölkə vətəndaşları Şəhidlər Xiyabanını ziyarət edirlər. Həmişə olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanmışdı. Plana görə, paytaxt polisi gücləndirilmiş iş rejimində işləyirdi, səhər saat 7.00-dan Şəhidlər Xiyabanına aparan yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı və Xiyabanı nəzarətə götürülmüşdü, proses axşam saat 19.00-a qədər davam etməli idi. Bizim vəzifəmiz vətəndaşlarımızın təhlükəsiz, sakit şəraitdə şəhidləri ziyarət etmələrini təmin etməkdi. Səhərdən başlayan proses günortaya kimi davam etdi, on minlərlə insan Şəhidlər Xiyabanını ziyarət etdi, heç bir narazılıq, qanun pozuntusu baş vermədi. Onu da qeyd edim ki, ziyarət zamanı polis insanları Xiyabana hissə-hisə buraxırdı ki, basabas, sıxlıq yaranmasın, ziyarət prosesi normal keçsin. Müsavat Partiyasının başqanı İsa Qəmbər və ətrafında olan şəxslər yaxınlaşanda da vəziyyət belə idi. Amma İsa Qəmbər ziyarətçilərin hissə-hissə keçməsinə qəti etiraz etdi, hətta polisə barmaq silkələdi, hədələyərək dedi ki, «bölüçülük salmayın, insanları bölməyin». Axı, insaf da yaxşı şeydir, polis heç bir bölüçülük salmırdı, sadəcə olaraq, ziyarətə gələn insan axınında nizam yaradırdı və belə vəziyyətdə polisin də cavabı adekvat olmalı idi. Axı, siyasi və ictimai mənşəyindən asılı olmayaraq, hamıya aydın olmalıdır ki, polisə, ümumiyyətlə, hökumət nümayəndəsinə barmaq silkələmək, hədə-qorxu gəlmək olmaz…
- Sizin sözünüzdən belə çıxır ki, münaqişəni polis əməkdaşı yox, Müsavat başqanı yaradıb...
- Dediyim kimi, 20 Yanvar günü on minlərlə insan Şəhidlər Xiyabanına axışır. Şübhəsiz ki, bu zaman təxribat törətmək, aranı qarışdırmaq istəyənlər də tapılır. Polisin də vəzifəsi bu cür halların qarşısını almaq, qanunçuluğu qorumaqdır. Müsavat başqanına gəlincə, yəqin onun da siyasi məqsədi olub, yəni minlərlə insanın qatıldığı tədbirdə özünü göstərmək, ictimai rəyə təsir etmək istəyib. Bu insanların Azərbaycanda bir illik hakimiyyəti dövründə xalqın vəziyyətini də, dövlətçiliyə olan münasibəti də görmüşük. İnsanlar gecə qorxudan bayıra çıxa bilmirdi. Mağazalarda çörək, gündəlik tələbat malları tapılmırdı. Silahlı qüvvələrdən siyasi məqsədlər üçün istifadə edilirdi. Qarabağ müharibəsində torpaqlarımız işğal edilirdi. Ön cəbhədə Azərbaycan polisi döyüşürdü, şəhidlər verirdi, amma polisə heç bir qayğı göstərilmirdi. Bakıda İsa Qəmbər və onun tərəfdarları hakimiyyət uğrunda mübarizə aparırdı. Xalq da, onun torpağı da, dövlətçiliyi də başlı-başına buraxılmışdı. Faktiki olaraq, vətəndaş müharibəsi başlamışdı, müstəqilliyimiz, dövlətçiliyimiz məhv olmaq təhlükəsi altında qalmışdı. Belə bir ağır zamanda ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və faktiki olaraq, dövlətçiliyimizi xilas etdi, müstəqilliyimizi möhkəmləndirdi. İsa Qəmbər və onun tərəfdarları isə qaçıb gizləndilər, yalnız ictimai-siyasi sabitlik yaranandan, əmin-amanlıq bərqərar olandan sonra üzə çıxdılar. Həmin dövrdən illər keçsə də, Azərbaycan dəyişsə də, inkişaf etsə də, İsa Qəmbərlər dəyişməyib. Onlar bu il hətta 20 Yanvar şəhidlərinin ziyarətinə siyasi şüarlarla gəliblər, ziyarət prosesini siyasi aksiyaya çevirmək istəyiblər. Amma polis bu cəhdlərin qarşısını alıb, qanun pozuntusuna imkan verməyib. Odur ki, Müsavat başqanı polislə münaqişə törətmək, hökumət nümayəndəsini təxribata çəkməyə cəhd göstərdi. Keçmiş Müsavat funksionerlərindən birinin də haqlı olaraq qeyd etdiyi kimi, bu adamın əsəbləri, deyəsən, son vaxtlar yerində deyil, ağa-qaraya baxmır, hamıya «barmaq silkələyir». Azərbaycan demokratik dövlətdir, burada dilindən, dinindən, tutduğu vəzifəsindən və siyasi mövqeyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Xalqın faciəsindən siyasi xal qazanmaq niyyəti isə, heç kimə şərəf gətirmir. Təsəvvür edin ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ziyarət edir, İsa Qəmbər isə siyasi xal qazanmaq istəyir. Nəinki partiya rəhbərinə, heç sıravi vətəndaşa da yaraşan hərəkət deyil, bu da bir faciədir.
- Paytaxtda müxtəlif siyasi təşkilatlar və qurumlar tərəfindən kütləvi aksiyalar keçirməyə cəhdlər olur. Bu zaman polisin üzərinə hansı vəzifələr düşür?
- Qeyd etdiyim kimi, polisin xidməti vəzifəsi qanunçuluğu qorumaq, təhlükəsizliyi təmin etməkdir. Kütləvi aksiyaların keçirilməsi də müvafiq qanunlarla tənzimlənir. Bildiyiniz kimi, qanunvericiliyə görə, müvafiq icra strukturları ilə razılaşdırmaqla, kütləvi aksiya keçirmək olar. Əgər keçiriləcək aksiya qanunidirsə, polis tədbirə nəzarət edir, əmin-amanlığı təmin edir, mümkün qanun pozuntularının qarşısını alır. Yox, əgər kimsə qeyri-qanuni kütləvi aksiya keçirmək istəyirsə, polis bunun qarşısını qətiyyətlə alır. Yəni yuxarıda deyilən kimi, polis öz xidməti vəzifəsini, kütləvi aksiyada iştirak edənlərin ictimai-siyasi mənşəyindən və məqsədindən asılı olmayaraq, qanun çərçivəsində həyata keçirir.

1723