“Neft buruqlarının arasına sığınanlar öz cənnət yurdlarına dönsünlər...” - MÜSAHİBƏ - FOTO
- Zəlimxan bəy, öncə “Borçalı” İctimai Cəmiyyətin fəaliyyəti haqda məlumat verərdiniz...
- Borçalı (Kvemo-Kartli) bölgəsinə Gürcüstanın tamı və türk dünyasının (Azərbaycanın) mənəvi bütövlüyü prizmasından yanaşmaq daha doğrudur. Gürcüstanda aparılan demokratik islahatlar Borçalıya da öz təsirini göstərməkdədir. O cümlədən, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı da burada önəmli rol oynamayır. Ümumilikdə dinamika müsbətə meyllidir. Gürcüstanda türklər say etibarı ilə gürcülərdən sonra ikincidir. Bütün parametrləri ilə ərazicə rentabelli olması bu bölgənin statusunun müəyyənləşməsində mühüm rol oynayır. Borçalı bölgəsinin eyni zamanda Türkiyə və Azərbaycanı quru xətlə birləşdirən strateji əhəmiyyətli dini-etnik zolaqdır. Bunlar Borçalı türklərini digər etnik azlıqlardan fərqləndirən cəhətlərin bir hissəsidir. O qeyd olunmalıdır ki, dünyada türk etnosu sayca 300 milyon nəfərə yaxınlaşır. Bu və ya digər amillər deməyə əsas verir ki, Borçalı türkləri etnik azlıq problemindən əziyyət çəkən Gürcüstan üçün problem mənbəyi deyil. Bunu gürcü cəmiyyəti bütövlükdə dərk etməkdədir.
Rəhbərlik etdiyim təşkilat da gerçəkliyi düzgün dəyərləndirərək, Türkiyə-Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığında Borçalı türklərinin mühüm rol oynamasını və bunun bilavasitə qarantı rolunda çıxış etməsini mühüm faktor olaraq qabartmaqdadır. Gürcü cəmiyyətini onlar üçün qorxu mənbəyi olmadığımıza inandırmaq bizim mühüm vəzifələrimizdəndir. Borçalı türkləri etnik separatizmi lənətləyir, Gürcüstanın unitarlığına tərəfdardır. Kifayət qədər aydın mövqedir. Bu, nəticə etibarilə Gürcüstanda milli azlıqların mərkəzdənqaçma meylini mərkəzəqaçma yolu ilə əvəzləməyə gətirəcək ki, bu da türkün missiyasıdır.
- Gürcüstanda türklərin milli-mədəni haqqının təmin olunması istiqamətində hansı problemlər var?
- Gürcüstanda Azərbaycan türklərinin milli-mədəni haqlarının təmini ilə bağlı bütün hüquqi baza mövcuddur. Milli azlıqların dil və təhsil hüququ Gürcüstan Konstitusiyasında beynəlxalq standarta yaxın formada ehtiva olunub. Bu məsələ ilə bağlı Borçalı Cəmiyyəti Gürcüstan qanunvericiliyini diqqətlə araşdıraraq, yekun rəylə çıxış edib. Rəydə Gürcüstanda milli azlıqların dil və təhsil hüquqlarının təmini üçün heç bir baryer olmadığı öz əksini tapıb. Saakaşvilinin hakimiyyətə gəlişinə qədər qanunsuzluqlar hər yerdə hakim olduğu üçün ciddi problemlər yaranırdı. İstər türk kənd adlarının dəyişdirilməsi, istər torpaq islahatı adı altında “quldurluq” siyasəti, istərsə də adi vətəndaş hüquqlarının pozulması həmin dövrün mühüm göstəriciləri idi. İndi Gürcüstan demokratik ab-hava içərisindədir.
Bütün müqavimətlərə, Rusiyanın hərbi təcavüzünə baxmayaraq, Gürcüstan demokratiya yolunda cəsarətlə irəliləməkdədir. Qanunların aliliyi isə demokratiyanın əsas göstəricilərindən biridir. Bu isə soydaşlarımızın hüquqlarının qorunması üçün daha münbit şərait yaradıb. Biz öncə iki cəmiyyət arasında yaranmış etimadsızlıq mühitinin etimad mühiti ilə əvəzlənməsini vacib hesab etmişik və bu istiqamətdə ardıcıl fəaliyyətimiz öz bəhrəsini verməkdədir. Soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə əlaqədar istər Gürcüstanın Azərbaycandakı səfirliyi, istər Kvemo-Kartli quberniyası, Tbilisi meriyası, istərsə də digər əlaqədar nazirliklər və qurumlarla əlaqəli işləyirik.
Gürcüstanda əksər qurumlarla əlaqələrimiz var. Ümid edirik ki, biz problemləri üçüncü tərəf olmadan həll edə biləcəyik. Burada toponimlərin bərpası, milli məktəblərin toxunulmazlığının birmənalı təmini, insan hüquq və azadlıqlarının o cümlədən milli azlıqların statusuna uyğun soydaşlarımızın hüquqlarının qorunması əsas məsələlər kimi hədəf seçilib.
Bu məsələlərlə bağlı Gürcüstan prezidentinə, Kvemo Kartli quberniyasına rəsmi müraciətlər etmişik. Gürcüstanın bu məsələyə rəsmi mövqeyini biləndən sonra növbəti addımlarımız müəyyənləşəcək. Bütün hallarda mübarizəmiz hüquq müstəvisində olacaq.
- Bu istiqamətdə Azərbaycanın rəsmi qurumları fəaliyyətinizi uzlaşdıra bilirsinizmi?
- Azərbaycan rəsmiləri ilə daha sıx əməkdaşlıq şəraitində işləmək niyyətimizi bildirmişik və müvafiq proqram sənədlər Təhsil Nazirliyinə, Prezident Administrasiyasına təqdim olunub. Borçalı türklərinin hüquqlarının təmini ilə bağlı Azərbaycanın üzərinə çox vəzifələr düşür. İstər məktəblərin kadr ehtiyaclarını ödəmək, istər maddi-texniki bazanın yeniləşməsi. İstər elmi ocaqların yaradılması, gənc kadrların hazırlanması və onların sosial müdafiə proqramının hazırlanması və həyata keçirilməsi kimi mühüm vəzifələr Azərbaycanın üzərinə düşənlərin bir hissəsidir. Biz eyni zamanda Borçalı türkləri ilə bağlı siyasətin vahid mərkəzdən idarə olunmasını təklif etmişik. Pərakəndəlik aradan qalxmalıdır. Bizim nəzərdə tutduğumuz proqramların bəzilərinin reallaşması istiqamətində müəyyən addımlar atılmaqdadır. Ancaq görüləsi işlər kifayət qədərdir.
- Ahıska türklərinin vətənə dönüşü barədə nə deyərdiniz?
- Ahıska türklərinin geri, öz vətənlərinə dönüşü ilə bağlı qərar mühüm hadisədir. Məlumatıma görə, bu müddət ərzində cəmi 62 ailə geri dönüb. Ərizə ilə müraciət edənlər isə minlərlədir. Geri dönüşlə bağlı müəyyən problemlər də yaşamaqdadır. Bəzi süni baryerlər hələlik aradan qalxmayıb. Borçalı Cəmiyyəti geri dönmüş ailələri ziyarət etmək niyyətindədir. Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri dostumuz İbrahim Burhanov bu barədə sizə daha ətraflı məlumat verə bilər.
- Gürcüstanda yaşayan ermənilər nə iş görür?
- Ermənilər, hər zaman olduğu kimi, arxadan zərbə vurmaq xəstəliyindən qurtarmayıblar. Onların indi gürcü cəmiyyəti ilə üz-üzə gəlmək cəhdi açıq seçilir. Erməni separatçılığı Gürcüstanda da ciddiliyi ilə qəbul olunmaqdadır. Ola bilər, istənilən an Gürcüstan ermənilər tərəfindən zərbə alsın. Bu, daha çox Rusiya hərbi-siyasi idarəsinin mövqeyindən asılı olacaq. Ancaq Gürcüstanın demokratik dünyanın dəstəyini qazanması, Avroatlantik məkana sürətli inteqrasiyası erməni təxribatının təsir imkanlarını minimuma endirir. Bir şeyi də nəzərdən qaçırmamalıdırlar ki, erməni təxribatını önləmək üçün qocaman Borçalı türkü öz dövlətlərinə sədaqətli olaraq, onlara lazımi dərsi vermək gücündədir.
- Azərbaycan diasporası ilə əlaqəniz varmı?
- Borçalı Cəmiyyəti Azərbaycan diasporu ilə sıx əlaqəlidir. Qəbul etdiyimiz qərar və tədbirlərimiz haqda diaspor təşkilatlarına press-relizlər göndərilir.
- Borçalı türklərinin sosial, milli-mədəni problemləri haqda qısaca məlumat verərdiniz...
- “Borçalı” Cəmiyyəti sosial problemlərin siyasiləşdirilməsinin qətiyyətlə əleyhinədir. 1991-92-ci ildə müstəqil Gürcüstan dönəmində əsassız olaraq, beynəlxalq hüquq və Gürcüstan Respublikasının Konstitusiyasına sayğısızlıq nümayiş etdirdilər. Həmin vaxt Bolnisi rayonunda 31 kənd adı dəyişdirildi. Bu isə iki toplum arası, o cümlədən, Azərbaycan və Gürcüstan arasında ciddi gərginlik yaradıb və o gərginlik indi də davam etməkdədir.
Hesab edirik ki, Gürcüstan müstəqilliyi dövründə dəyişdirilmiş kənd adlarının əvvəli tarixi adları bərpa olunmalıdır. İnanırıq ki, gürcü ziyalıları ilə birlikdə bu problem öz müsbət həllini tapacaq.
Azərbaycan türk məktəblərinin sayı 124-dür. 20 il əvvəl isə 167 məktəb olub. Araşdıraraq bu qənaətə gəldik ki, 43 məktəbin bağlanması təhsildə ciddi, ardıcıl islahatların nəticəsidir. Bəzi istisnalar da mövcuddur. Bağlanan gürcü və erməni məktəbləri də var. Bəzi hallarda bir neçə məktəbin bağlanmasının baiskarı özümüz olmuşuq. Özümüzlə uşaqları da götürüb gəlmişik Bakıya – “Balaxanıneft”in üfunətli neft buruqlarının arasına. Məktəbdə dərs keçməyə şagird qalmayıb.
Biz Gürcüstanda milli kadr hazırlanmasına xüsusi önəm veririk. Gürcüstanda Azərbaycan-gürcü təmayüllü dövlət universitet kompleksinin açılmasını təklif etmişik. Sevinə bilərik ki, artıq Gürcüstan tərəfi Rustavi şəhərində belə universitetin inşası üçün torpaq sahəsi ayırmaları və digər gərəkən işləri görmək niyyətlərini rəsmi bildiriblər. İndi söz Azərbaycanındır.
- Hansı tədbirlər keçirmisiniz və nələr planlaşdırırsınız?
- Hədəfə çatmaq üçün əsas vasitəmiz mədəniyyətdir. Mədəniyyətlərin görəcəyi işləri bəzən hakimiyyətlər görə bilmir. Mədəniyyətlər arası dialoqların problemlərin həll olunmasında əvəzsiz rolu çağdaş dünyada hamılıqla qəbul olunmaqdadır. Keçən il iyul ayının 26-da və bu il Başkeçiddə “Borçalı Türklərinin elat mədəniyyəti günü”, Şida Kartli zonasında “Novruz şənlikləri” və bu il Gürcüstan tarixində ilk dəfə Tbilisidə keçirilən 26 may Gürcüstanın müstəqillik gününə həsr olunmuş yürüş-mitinqdə minlərlə soydaşlarımızın iştirakı bu tədbirlərdəndir. Bu tip tədbirləri ardıcıl keçirmək niyyətindəyik.
Bu yaxınlarda 300 nəfərə yaxın gürcüstanlı tələbələrin iştirakı ilə “Borçalı Gənclər təşkilatının təşkilatçılığı ilə “Gənclik və Borçalının gələcəyi” mövzusunda konfrans keçirilib. Bu tədbirdə Azərbaycan Gürcüstandakı səfirliyi, SOCAR-GEORGIA şirkətinin rəhbərliyi Gürcüstanın parlamentinin üzvləri Azər Suleymanov, Koba Kurdqelaşvili, Kvemo Kartli bölgə qubernatorunun müavinləri Hüseyn Yusubov, Koba Kobelaşvili, onlarla elm adamları o cümlədən Zezva Medulaşvili, Dmanisi rəhbəri Bakur Mqeladze, Tbilisi bələdiyyəsinin sədri Cumber Nikautadze, onlarla gürcü elm və incəsənət nümayəndələri, Borçalının hər bölgəsindən nümayəndələr, bütün Mədəniyyət mərkəzi rəhbərləri, Onlarla QHT və media orqanları, habelə Güney Azərbaycandan, Dərbənddən, Anadoludan, Avropadan, Azərbaycanın ayrı –ayrı rayonlarından qonaqlar iştirak edib. Bu tədbirlərdə 10 minlərlə soydaşımız iştirak edib ki, bu da onların ictimai-siyasi proseslərdə fəal iştirakını stimullaşdıran ciddi layihələrdir. Bununla yanaşı bir sıra digər layihələri gerçəkləşdirmək istəyindəyik. Hazırda “Gürcüstan əsilli tələbələrlə iş üzrə dövlət proqramı” və “Yurda dönən gənc mütəxəssislərin sosial müdafiə proqramı” layihələri üzərində son tamamlama işləri gedir. Hesab edirik ki, xalqın ruhu ilə ziyalı əqidəsi birləşərsə, bu, hər şey deməkdir. Azərbaycan və digər ölkələrdə yaşayan Borçalı əsilli ziyalılarla Borçalı elatının mənəvi vəhdəti formalaşmaqdadır. Bunsuz qələbə, dirçəliş formulu görmürəm.
- Gürcüstandan Azərbaycana köçüb gələnlər az deyil onlar sözünüz varmı?
- İstərdim ki onlar “Borçalı” Cəmiyyətinə inansınlar və onun işində fəal iştirak etsinlər. Neft buruqlarının arasında sığınanlara öz cənnətməkan yurdlarına dönmələrini tövsiyə edərdim. Bir də iş adamlarına deyərdim ki, yurd hamımızındır. Bu yola yardımçı olmaqdan, Borçalıya investisiya qoymaqdan çəkinməsinlər. Bizim cəmiyyət onlara bu işdə kömək etməyə hazırdır. Bütün hallarda sabahın bu gündən daha gözəl olacağına inanır və hamını nikbin olmağa çağırıram.
Sədrəddin Soltan

1175