“Avropa İttifaqı Azərbaycanı yalnız enerji mənbəyi kimi görməməlidir” - MÜSAHİBƏ
Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Slavi Binevin APA-ya müsahibəsi
- Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, AP Azərbaycanın Avropa institutları ilə əməkdaşlığını çox yüksək qiymətləndirir. Qurum Azərbaycan qeyri-hökumət təşkilatlarının Avropa Parlamenti daxilindəki dinamik fəaliyyətini diqqətlə izləyir. Bundan başqa, getdikcə Azərbaycanı daha yaxşı tanımaq imkanı əldə edən avropalı deputatlar dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsir etməməsi faktını, hətta ölkənin bu böhrandan özü üçün mənfəət əldə edə bilməsini heyrətlə müşahidə edirlər.
- Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” və qurumun qonşuluq siyasəti üzrə proqramlarında iştirak edir. Ölkənin bu layihələrdə fəaliyyətini necə qiymətləndirirsiniz və bu yöndə hansı perspektivləri gözləmək olar?
- Hər iki prosesin irəliləməsində Azərbaycan ciddi səylər göstərir və bununla da Avropaya siyasi iradəsini və bağlılığını nümayiş etdirir. Bu günlərdə biz Azərbaycan prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri arasında Azərbaycan qazının Avropaya ixracına dair razılığın imzalanmasının şahidi olduq. Azərbaycanın bu addımı rəsmi Bakının bir çox kəmərlərin tikintisini nəzərdə tutan Avropanın iddialı layihəsinə nə qədər dəstək verdiyinin göstəricisidir. Azərbaycanın bu sahədəki fəaliyyətlərini AP təbii ki, çox yüksək qiymətləndirir. Ölkənin Cənub dəhlizi kimi layihələri dəstəkləməsi faktı Azərbaycanı sərhədyanı zonalarda stabillik və təhlükəsizlik sahəsində ümumi ideyanı bölüşən tərəfdaş kimi göstərir. Ticarəti sadələşdirmək, qarşılıqlı tədqiqatlar və innovasiya, malların sərbəst hərəkəti, enerji təhlükəsizliyi kimi məsələlər Avropa Qonşuluq Siyasətinin praktik üstünlükləridir və hesab edirəm ki, Azərbaycan Avropa İttifaqının gözündə bütün bu ideyaları həyata keçirə biləcək etibarlı bir tərəfdaşdır.
- “Şərq tərəfdaşlığı” proqramında Azərbaycan və digər ölkələrlə yanaşı, Ermənistan da iştirak edir. Amma bildiyiniz kimi, bu ölkə ilə Azərbaycan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsi var və Azərbaycanın 20% ərazisi hələ də Ermənistanın işğalı altındadır. Buna münasibətiniz necədir?
- Tarixi baxımdan Qafqaz regionu hər zaman təlatümlü olub. Bu regionda yaşayan yerli camaatın çətinliklərinin böyük əksəriyyəti elə bundan irəli gəlir. Hazırda yalnız Azərbaycan və Ermənistanın stabilliyi deyil, eyni zamanda bütün Qafqaz regionunun təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən asılı olan bir məsələdir. Azərbaycanlıların DQ münaqişəsinin sülh yolu ilə həllini tapmaq istədiklərini ortaya qoyan BMT-nin buna dair qəbul etdiyi 4 məlum qətnaməni də unutmaq olmaz. Fikrimcə, Azərbaycan tərəfinin də çox istədiyi yenilənmiş Madrid prinsiplərinin imzalanması, sülhün əldə olunmasına imkan verərdi. Sülhün bərqərar olması, DQ-dan separatçı qüvvələrin çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması və azərbaycanlılarla ermənilərin sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları bu prinsiplərin əsası təşkil edir. AP Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün qurumun bütün üzvləri də bu fakta hörmətlə yanaşmalıdırlar. Əgər mən bir gün Dağlıq Qarabağa səfər etməli olsam, bunu Azərbaycan ərazisindən keçməklə edəcəyəm və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəyini soruşacağam.
- Bu gün Avropa İttifaqı da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla belə, sizə elə gəlmirmi ki, bu qurumların bu yöndə atdıqları addımlar bəzən qeyri-obyektiv və ləngdir?
- Bu, doğurdan da böyük beynəlxalq təşkilatların problemlərindən biridir. Bəzən onlar hansısa məsələyə münasibət bildirməyə az meylli olur və ləng tərpənirlər. Elə olur ki, həssas məsələlərə dair bəzi qərarlar hamını razı salmaq arzusunun əksinə olaraq hamını sonda narazı salır. Mənim komissiyaya verəcəyim növbəti suallardan biri məhz bu məsələ ilə bağlı olacaq. Yəni Avropa institutlarının bu və ya digər məsələlərə qəti cavab vermək zamanı gəlib çatıb. “Bəli, siz haqlısınız, amma gedin necə istəyirsiniz elə də edin” və yaxud “Siz haqlısınız, amma bu bizim səlahiyyətimizdə deyil” kimi cavablardan əl çəkmək lazımdır. Çox ümüd edirəm ki, bundan sonra beynəlxal təşkilatlar qərarların qəbulunda daha məsuliyyətli və daha çevik olacaqlar ki, bu da öz növbəsində məsələlərin irəliləyişinə imkan yaradacaq.
- Bu məsələ ilə bağlı AP daxilindəki müzakirələrin səviyyəsi sizi qane edirmi? Təşkilat daha ciddi fəallıq göstərə bilərmi?
- Hesab edirəm ki, AP bu məsələdə öz mövqeyini daha konkret və daha aydın bir şəkildə bildirə bilər. Fikrimcə, bu münaqişənin yekun həlli hər iki tərəf üçün yararlı olacaq. Düzgün olaraq deyildiyi kimi, “ən pis sülh həmişə müharibədən üstündür”.
- Azərbaycanla Aİ arasındakı iqtisadi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- Məncə Aİ Azərbaycanı yalnız enerji mənbəyi kimi görməməlidir. Bu ölkədə həqiqətən də diqqəti cəlb edəcək çox böyük iqtisadi sahələr var. Mənə Azərbaycanı daha yaxşı tanımaq imkanı nəsib oldu. Azərbaycanın ən böyük zənginliyi yalnız onun energetikası və iqtisadiyyatı deyil, eyni zamanda tanımaq fürsətinə malik olduğum insanlarıdır. Avropa davranışları və mentalitetinə malik olan bu insanlar özlərini avropalı sayanlardan da qat-qat avropalıdır. Hesab edirəm ki, biz siyasətçilər Avropa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrdə yalnız nəyin yaxşı və nəyin pis olduğunu deməməliyik. Biz bu sahədə çox fəal şəkildə iştirak etməliyik.

573