“Azərbaycanın enerji siyasəti çevik və ehtiyatla idarə olunur” - MÜSAHİBƏ
14 yanvar 2011 12:59 (UTC +04:00)

“Azərbaycanın enerji siyasəti çevik və ehtiyatla idarə olunur” - MÜSAHİBƏ

ABŞ-ın Atlantika Şurasının Avrasiya Enerji Mərkəzinin direktor müavini Aleksandros Petersenin APA-nın Vaşinqton müxbirinə müsahibəsi


- Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo “Nabucco” qaz kəmərini və digər enerji məsələlərini müzakirə etmək üçün bu həftə Azərbaycan və Türkmənistana səfər edib. Aİ və bu iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri necədir? Bu məsələdə Azərbaycan nə dərəcədə hazırdır?

- Barrozonun keçirdiyi görüşlər bütün iştirakçıları Cənub Enerji Dəhlizinin işləməsinə nail olmağa yaxınlaşdırır, buna baxmayaraq onlar əslində üç qərb-yönümlü layihədən hansına üstünlük verəcəklərini müəyyənləşdirməyiblər. “Nabucco” çox müzakirə olunur, amma ola bilər ki, onun kiçik rəqiblərindən biri inşa olunsun. Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru (İTGİ) ən kiçik və ən ucuz layihədir, lakin həcminin məhdudluğu səbəbindən bir çox yanaşmalarda strateji layihə deyil. Trans-Adriatik kəmər orta ölçülü layihədir. Kiçik kəmər layihələrindən heç birinin Türkmənistan qazına tələbatı yoxdur, onların yalnız Azərbaycan resurslarına ehtiyacı var, çünki Türkmənistan qazı ilə bağlı məsələ hələ qeyri-müəyyəndir.


- Digər tərəfdən bu yaxınlarda Bakı və Tehran Azərbaycan qazının İrana nəqli ilə bağlı beş illik müqavilə imzalayıblar. Azərbaycan-İran enerji əməkdaşlığı ilə bağlı nə düşünürsünüz?

- Bakı və Tehran arasında imzalanan müqavilə məhduddur, 1 milyard kubmetr qaz Cənub Dəhlizinə rəqib ola bilməz. Azərbaycan rəhbərliyi hər şeyi riskə atmamaqla müdriklik göstərir. Bu müqavilə həm də geosiyasi baxımdan kifayət qədər uzaqgörəndir və İranla münasibətlərinə diqqət göstərməsi Azərbaycanın Avropa və Qərblə münasibətlərinin tarazlığını pozmur.


- Rusiya da səhnədədir – Azərbaycan Moskva ilə də enerji əməkdaşlığını möhkəmləndirib…

- Mənim fikrimcə, Bakı Moskva ilə əlaqələrini əsasən ona görə möhkəmləndirir ki, Cənub Dəhlizini sürətləndirmək üçün siyasətçilərə və sərmayəçilər təsir etsin. Rusiya ilə sıx enerji əməkdaşlığı Moskvadan başqa heç kimin marağında deyil.


- Azərbaycanın Xəzər regionunda enerji siyasətini necə qiymətləndirirsiniz? Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatçısı olmaq üçün potensialı varmı?

- Bu günədək Azərbaycanın enerji siyasəti çevik və ehtiyatla idarə olunub. Azərbaycan təkcə istehsalçı ölkə deyil, həm də Xəzərin Şərq sahilindəki ehtiyatlar üçün tranzit rolunu oynayır. Bu, çox vacibdir. Bu istiqamətdə səylər göstərilir, amma Türkmənistanla münasibətləri dərinləşdirməklə, xüsusilə də Sərdar / Kəpəz mübahisəsini həll etməklə bu səyləri daha da gücləndirmək olar. Qazaxıstanla əməkdaşlıq yaxşı gedir. Qazaxıstanın ehtiyatları üçün daha mühüm ixrac yolu olan Cənub Dəhlizini qurmaqla bu əməkdaşlığı daha da möhkəmlətmək olar. Şərqi Xəzər resurslarının, o cümlədən Özbəkistanın resurslarının dünya bazarına daşınması üçün dəhliz rolunu oynamaqla Azərbaycan qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar