Ermənistan Laçında “Elmi muzey” yaradır
2011-ci ilin sonuna qədər Azərbaycanın işğal altında olan Laçın şəhərində “Elmi muzey” açılacaq. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Novosti Armeniya” qəzeti məlumat yayıb.
Bu barədə Ermənistanın Mədəniyyət Nazirliyinin Tarix və Mədəniyyət Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri arxeoloq Akop Simonyan məlumat verib. O deyib ki, 1996-cı ildən Laçın rayonu ərazisində apardıqları arxeoloji qazıntılar zamanı əldə etdikləri 500 eksponatı qeydiyyatdan keçirərək digər tarixi əhəmiyyətli əşyalarla birlikdə muzeyə təhvil verəcəklər.
Arxeoloq bildirib ki, arxeoloji qrupun üzvləri tərəfindən Laçın rayonu ərazilərindən tapılan əşyalar əla vəziyyətdədir və onlar təqribən V- VII əsrlərə aid edilir. Tapdıqları əşyaların hələ hansı əsrə aid olduğunu tam dəqiqləşdirə bilməyən Akop Simonyan ermənilərin Cənubi Qafqaza gəlişlərinin 1828-ci ildən başlandığını unudaraq, bu əşyaların “Qədim erməni Mədəniyyəti”nə aid olduğunun sübutu kimi təqdim edir və onlar bundan təbliğat vasitəsi kimi istifadə edirlər. Digər erməni arxeoloqu Artaq Qnuni Laçın rayonu ərazilərində eramızdan əvvəl I minilliyə aid edilən ermənilərin “maddi mədəniyyət nümunələrinin” olduğunu söyləyir.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Ermənistanın Mədəniyyət Nazirliyinin bu hərəkətlərinə qəti etiraz edir. İctimai Birliyin sədri Faiq İsmayılov Lent.az-a açıqlamasında deyib ki, hazırda işğal altında olan Dağlıq Qarabağ və ona bitişik digər rayonların ərazilərində Ermənistanın Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə aparılan arxeoloji qazıntılar beynəlxalq konvensiyalara və qanunlara hörmətsizlikdir: “Ermənistan hökuməti öz səhvini anlayaraq bu cür əməllərdən çəkinməli, beynəlxalq qanunlara hörmətlə yanaşmalıdır”.

759