Qubad İbadoğlu: “Bunu inkar etmək mümkün deyil...”
“Müsavat başqanının müavini, professor Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybullanın Müsavat Partiyasından istefası ərəfəsində Bakıda olmamışam. Ona görə də bu insanların istefalarının səbəbləri barədə danışmaqda çətinlik çəkirəm. Ancaq təbii ki, Qabil Hüseynli və Adil Qeybullanın istefası Müsavat Partiyası üçün itkidir”. Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyasının iqtisadiyyat komissiyasının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu söyləyib.
Qubad İbadoğlu deyib ki, Müsavat Partiyasında daima yeniləşmə prosesi getsə də, partiyanın yaranmasında, quruculuğunda, inkişafında xidməti olan insanlar var: “O insanlar Müsavat Partiyası üçün kifayət qədər töhfə vermiş insanlardır. Onların partiya sıralarından getməsini itki kimi qiymətləndirirəm. Nə qədər yeni insanlar gəlsə də, Müsavat Partiyası üçün hər bir müsavatçının partiyadakı vəzifəsindən, stajından asılı olmayaraq getməsi təəssüf doğurur”.
Bununla belə, Qubad İbadoğlu qeyd edib ki, partiya qapalı təşkilat deyil, könüllülərin birliyidir, gələnlər könüllü gəlir və təşkilatı tərk edənlər də könüllü qərar vermək hüquqlarını həmişə özlərində saxlayırlar: “Ona görə də biz bu prosesə həm də təmkinlə, səbrlə yanaşmağın tərəfdarıyıq. Partiyadan gedənlərlə yanaşı, partiyaya gələnlərin həm sayının, həm də sanballarının artması istiqamətində fəaliyyəti gücləndirmək məqsədə uyğundur. Yəqin ki, yaxın dövr ərzində partiyanın qarşısında duran əsas vəzifələrdən biri olacaq”.
Qubad İbadoğlu Müsavat Partiyasında baş verənlərin növbəti ziyalı axını kimi dəyərləndirilməsi və onun özünün də yaxın gələcəkdə təşkilatdan istefasının proqnozlaşdırılması ilə bağlı məsələyə də toxunub. O qeyd edib partiyanı tərk edənlər ziyalılardır, ictimaiyyət arasında nüfuza malik olan şəxslərdir: “Bunu inkar etmək mümkün deyil. Mən Adil bəyin və Qabil bəyin bir ziyalı kimi həm partiya daxilində, həm də partiyadan kənarda ictimaiyyət arasında qəbul olunduğunun, yüksək qiymətləndirildiyinin həmişə şahidi olmuşam. Amma partiyanın ziyalılar potensialı genişdir və hesab edirəm ki, partiya bu potensialdan gələcəkdə daha çox istifadə etmək məcburiyyətində qalacaq. Çünki yeni dövrdə Müsavat Partiyanın ziyalılarla bərabər sağlam düşüncəyə və partiyanın inkişafı üçün intellektual görüşlərə ehtiyacı çoxdur. Şəxsən özümə gəlincə, partiya sıralarında fəaliyyətimi davam etdirmək niyyətindəyəm”.
Müsavat Partiyasının iqtisadiyyat komissiyasının sədri Adil Qeybulla və Qabil Hüseynlinin istefasının səbəbi kimi qeyd olunan Ali Məclis sədri postuna seçkilərdən də danışıb. Qubad İbadoğlu bildirib ki, əgər Məclis sədri postuna namizədlər özləri konsensusa gələrdilərsə, bu özü də demokratik idarəetmə qaydalarından biri olardı: “Əgər konsensus alınmırdısa, o halda seçim imkanının Məclisə verilməsinin tərəfdarı idim. Hər iki variant demokratik qaydalarla idarəetmənin əsas mexanizmlərindən biri idi. Mən həmişə Müsavat daxilində demokratiyanın tərəfdarı olmuşam və güclənməsinə çalışmışam. Bundan sonra da partiyadaxili demokratiyanın genişlənməsi və güclənməsi istiqamətində fəaliyyət göstərmək niyyətindəyəm. Hesab edirəm ki, Müsavat Partiyasının inkişafı üçün partiya sıralarında ziyaların, vətəndaşların birləşməsi ilə yanaşı, idarəetmədə demokratik qaydaların təsdiq olunması da əhəmiyyətli bir məsələdir”.
Qubad İbadoğlu Müsavat Partiyasının bu ilki qurultayında İsa Qəmbərin başqan postundan getməsinin zəruri olub-olmadığı barədə sualı da cavablandırıb. Qeyd edək ki, bundan öncə istefa verən Ali Məclis sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli də istefalarını İsa Qəmbərin Nizamnaməni pozaraq, yenidən sədr seçilmək istəyi ilə əlaqələndirib. Qubad İbadoğlu isə deyib ki, 2011-ci ili Müsavat İli kimi görür: Partiyanın yaradılmasının 100 illiyi bu ilə təsadüf edir: “Eyni zamanda hesab edirəm ki, bizim partiyanın həm idarə edilməsində, həm də inkişafında yeni imkanlar da ortaya çıxacaq. Bu il həmin imkanları dəyərləndirməli və bu şansları qazanmalıyıq. Konkret idarəetmədə rotasiya məsələsinə gəlincə, mən tək partiyalarda deyil, dövlət orqanlarında, ictimai əhəmiyyətli strukturlarda postlar tutan insanların hər birinin əvəzlənməsinin tərəfdarıyam. Müsavat Partiyası dəfələrlə cəmiyyətə və hakimiyyətə demokratiya və idarəetmə, gender balansının təmin edilməsi baxımından istiqamətində nümunələr təqdim edib. Hesab edirəm ki, bu il də biz bu istiqamətdə örnək olacaq nümunələrimizlə cəmiyyət qarşısına çıxmalıyıq. Mən bu mövqeyi dəstəkləyirəm. Bu baxımdan təqdim etdiyimiz nümunələrin müasir tariximizdə əhəmiyyətli yeri olacaq. Biz bunu dəyərləndirməliyik”.
Ramiz Mikayıloğlu

902