TÜRKPA illik hesabat verdi
Təşkilat qısa müddət ərzində Beynəlxalq Parlamentlər İttifaqı, ATƏT, QİƏT, NATO kimi nüfuzlu təşkilatlarla əlaqələr qura bilib
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) artıq yetkinləşmiş, formalaşmış bir beynəlxalq quruma çevrilib. Lent.az-ın məlumatına görə, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov təşkilatın bir illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında belə deyib. O, 2008-ci il noyabrın 21-də Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının İstanbulda imzaladığı anlaşma memorandumu ilə TÜRKPA-nın yaradılmasını ölkə xalqlarının səylərinin birləşdirilməsinə yönəlmiş önəmli tarixi hadisə kimi qiymətləndirib.
Təşkilatın fəaliyyət göstərdiyi bir il ərzində görülən işlərdən danışan Ramil Həsənov TÜRKPA-nın bir çox beynəlxalq qurumlarla, o cümlədən dünyanın 55 ölkəsini özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqı, ATƏT Parlamentlər Assambleyası, QİƏT Parlamentlər Assambleyası, NATO Parlamentlər Assambleyası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrin qurduğunu deyib. Təşkilat həmçinin il ərzində 2 böyük beynəlxalq konfrans keçirib.
Baş katib onu da qeyd edib ki, TÜRKPA çərçivəsində əməkdaşlıq üzv dövlətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının dərinləşdirilməsi, xalqlarımızın daha da yaxınlaşdırılması yolunda önəmli vasitədir. Onun sözlərinə görə, bu təşkilatın yaradılmasında əsas məqsəd eyni tarixi, milli-mədəni köklərə malik turkdilli ölkələri daha da yaxınlaşdırmaq, mövcud əlaqələri gücləndirməkdir: “Parlament Assambleyasının fəaliyyəti qardaş xalqlarımızın inkişafı naminə iştirakçı dövlətlərin tarix, dil, mədəniyyət birliyindən irəli gələn imkanlardan istifadə etməyə əsaslanır. Assambleya dövlətlərimizin bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığına yeni impuls verir. Assambleya parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni olan pilləsi – parlament diplomatiyasının köməyi ilə dövlətlər arasındakı siyasi dialoqun daha da inkişafına töhfə vermək, regional və qlobal təhlükəsizliyin qorunması məqsədi güdən müxtəlif təşəbbüslərin işlənməsi və həyata keçirilməsinə əlverişli siyasi mühit yaratmaq niyyətindədir”.
Ramil Həsənov TÜRKPA-nın gələcək fəaliyyətindən də danışıb. Onun sözlərinə görə, gələn il Qazaxıstanda təşkilatın ikinci plenar iclası keçiriləcək və orada TÜRKPA-nın daimi komitələrinin yaradılması planlaşdırılır. Plenar iclasda həmçinin TÜRKPA-ya sədrlik Qazaxıstana keçəcək.
Elxan SALAHOV

474