Misirdəki səfirimiz “Nil” telekanalında canlı yayıma çıxıb
Şahin Abdullayev Qahirə Universitetinin müəllim və tələbə kollektivi qarşısında mühazirə oxuyub
Azərbaycanın Misir Ərəb Respublikasında səfiri Şahin Abdullayevin Misirin “Nil” xəbər peyk telekanalında 30 dəqiqəlik canlı müsahibəsi efirə gedib.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 20-də işıq üzü görən verilişdə 2000-2003-cü illərdə Misirin Bakıdakı Mədəniyyət mərkəzinin direktoru olmuş Saleh Məşəl də iştirak edib.
Şahin Abdullayev verilişdə Azərbaycanın zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət-ənənələri, Azərbaycan xalqının ərəb-İslam dünyası ilə tarixi əlaqələri barədə danışıb. O, dünyada sənaye üsulu ilə neftin ilk dəfə Azərbaycanda çıxarıldığı, XX yüzilliyin əvvəlində neft istehsalına görə Azərbaycanın dünyada birinci yer tutduğunu qeyd edib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır fəsadları, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələri, İKT, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər barədə də məlumat verib. Səfir Azərbaycanın uğurlu iqtisadi siyasətindən də söz açıb.
Saleh Məşəl Azərbaycan xalqının zəngin mədəni irsə və xalqının yüksək əxlaqı keyfiyyətlərə malik olduğunu vurğulayıb. Veriliş çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidləri, iqtisadiyyatı haqqında televiziya tamaşaçılarına maraqlı video süjetlər də nümayiş etdirilib.
Dekabrın 21-də isə Şahin Abdullayevin Qahirə Universitetinin İqtisadi və Siyasi Elmlər fakültəsində universitetin müəllim və tələbə kollektivi qarşısında mühazirəsi təşkil olunub. Tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin siyasi elmlər fakültəsinin professoru və Sivilizasiyaların Tədqiqi və Mədəniyyətlərin Dialoqu Mərkəzinin direktoru professor Pakinam Əl-Şərqavi Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olan bir dövlət olduğunu bildirib. Misirin xarici işlər nazirinin müavini Məhəmməd Orabi Bakıya səfər etdiyini xatırladıb və zəngin mədəniyyəti və tarixi olan Azərbaycanın qlobal siyasətdə və sivilizasiyalararası dialoqda xüsusi rolu və çəkisi olduğunu söyləyib.
Şahin Abdullayev mühazirəsində Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın 1918-1920-ci illərdə Şərqin ilk demokratik respublikası olmuş Azərbaycan Demokratik Respublikasının varisi kimi təşəkkül tapdığını, çoxəsrlik dövlətçilik ənənələri, tarixi və mədəni irsi əsasında demokratik inkişaf yolu seçdiyini vurğulayıb. O, Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələrinə toxunub, Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb. O, sabiq prezidenti Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin böhranlı vəziyyətdən çıxdığını qeyd edib. Onun sözlərinə görə, müstəqilliyik qazandığımız ilk illərdən başlayaraq Azərbaycan və Misir arasında mehriban dostluq münasibətləri və sıx əlaqələrin formalaşıb.
Mühazirədən sonra səfir Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, Xəzər dənizinin hüquqi statusu və Azərbaycanın İsrail-Fələstin münaqişəsinə dair mövqeyi barədə universitetin müəllim-tələbə kollektivinin çoxsaylı suallarını cavablandırıb. Mühazirə çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsini əks etdirən film nümayiş etdirilib və universitetin tələbələrinə Azərbaycan, Qarabağ həqiqətləri və Xocalı faciəsi haqqında kitab və digər çap materialları verilib.

481