Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması ilə bağlı Təşəbbüs Qrupu qurulub
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib. Tədbirin ikinci günü “Virtual həftə sonu məktəbi»nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin geniş təqdimatından sonra suallar verilib və təkliflər səsləndirilib. Çıxış edənlər gələcəkdə “Virtual Həftəsonu Məktəbi”ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsi, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer alması və digər maraqlı təkliflər irəli sürüblər.
Konqresin işi Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayevin aparıcılıq etdiyi “Xaricdə Yaşayan Azərbaycanlı Gənclərin Cəmiyyətə İnteqrasiyası” adlı üçüncü və “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Gənclər Təşkilatlarının Fəaliyyətində” adlı 4-cü panellərdə davam edib. Müzakirələrdən sonra tədbirin yekun sənədləri qəbul edilib. Əvvəlcə Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsi oxunub və təkliflər nəzərə alınmaqla qəbul edilib. Qətnamədə qeyd olunur ki, Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib: “Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.”
Sənəddə daha sonra bildirilir ki, Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılıb və Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Qətnamədə o da bildirilir ki, bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Qətnaməyə görə Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycan Respublikasının ötən dövr ərzində əldə etdiyi iqtisadi, siyasi, habelə diplomatik nailiyyətləri yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlandırılmasının zəruriliyini anlayaraq, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin önəmini başa düşərək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakı, milli-mənəvi dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, yerli cəmiyyətə inteqrasiyasının vacibliyini nəzərə alaraq qərara alır: “Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilsin, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilsin, beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi məqsədlə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə işbirliyi dərinləşdirilsin”.
Sənəd xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin problemlərinin həllində səylərin birləşdirilməsini, yüksək nəticələr əldə etmiş gənclərə həvəsləndirici mükafatların verilməsini nəzərdə tutur. 1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırım iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi də konqresin qətnaməsinə daxil edilib. Qətnamənin daha bir bəndinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində səylər birləşdiriləcək. Yekun sənədə görə, Dünya Azərbaycanlı Gənclərinin Konqresi üç ildən bir keçiriləcək və II Konqresin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilir. Qətnamə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasını dəstəkləyir. Beləliklə, Konqresin qətnaməsinə əsasən sonda Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılıb.
Sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

976